Əhalinin tibbi müayinəsi uğurla davam etdirilir

Əhalinin tibbi müayinəsi uğurla davam etdirilir
Nəsimi rayonunda tibbi müayinə uğurla davam etdirilir.
 

Nəsimi rayon İcra Hakimiyyətindən Sfera.az-a bildirilib ki, ölkə başçısının tapşırığına uyğun olaraq 2018-ci il fevral ayının 12-dən respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmışdır. Bununla  əlaqədar  Nəsimi  rayon İcra Hakimiyyəti tərəfindən  aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafikləri tərtib olunmuşdur. Müvafiq qurumların da cəlb olunması ilə rayonda əhali arasında təşkilati-izahat işləri davam etdirilir.
 

Ölkə başçısının verdiyi bu tapşırıq, Azərbaycanda  ümumiyyətlə butun vətəndaşlarımızın sağlamlığının dövlətmiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir. Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə götirilməsi istiqamətində rayondakı 4 poliklinikada tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə  səyyar həkim briqadaları da təşkil olunmuşdur.
 

20 saylı şəhər poliklinikasında keçirilən tibbi müayinə zamanı Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci  müavini Gülarə Verdiyeva bildirmişdir ki, rayonda tibbi müayinənin keçirilməsi üçün  işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır. Əhalinin tibbi müayinə tədbirləri ilə bağlı bütün hazırlıq işləri aparılmış, poliklinikalar lazımi dərman preparatları ilə təchiz olunmuş,  burada həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır.
Rayon sakinləri ölkə başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılamışlar. Onlar poliklinikaların həkim heyəti, burada yaradılan şəraitdən razılıq etmişlər.  Müayinədən keçən rayon sakinləri onların sağlamlığının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdirlər.

Həmçinin Nəsimi rayonunda yerləşən özəl səhiyyə  müəssisələrində də Azərbaycan  Pespublikasının  Prezidenti cənab İlham Əliyevin tapşırıqlarının icrası ilə əlaqədar olaraq əhalinin tibbi müayinədən keçirilməsi işləri aparılır. Nəsimi rayon İcra Hakimiyyətində hazırlanmış tədbirlər planına uyğun olaraq 15 fevral 2018-ci il tarixdə Nəsimi rayonunda yerləşən  Medical Plaza və Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında əhalinin tibbi müayinəsi  təşkil edilmişdir.Tibb müəsisələrində sakinlər  əvvəlcə terapevt tərəfindən, sonra isə ehtiyaca uyğun olaraq ixisaslı həkimlərin iştirakı ilə  rentgen, kardioqram, ultrasəs və diğər müayinələrdən keçirilirlər. 
 

Nəsimi rayon İcra hakimiyyətinin təşəbbüsü ilə səhiyyə müəssisələri arasında müvafiq işlər nəticəsində müayinə nəticələrində əməliyyata ehtiyacı olan rayon sakinlərinin əməliyyat olunması da nəzərdə tutulmuşdur.Ötən il tibbi müayinə zamanı 40 nəfərdən artıq rayon sakini Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə aidiyyatı səhiyyə müəssisələrində əməliyyat olunmuşlar.Belə ki,  lazım gəldikdə müayinədən keçmiş rayon əhalisinin özəl tibb müəssisələrində təkrar müayinə müalicəsi aparılır. Gələcəkdə də tibbi müayinə müddətində sakinlərin özəl tibb müəssisələrində müalicələri davam etdiriləcəkdir. 
 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli   2018-ci ilin Azərbaycan Respublikasında  "Azərbaycan  Xalq Cümhuriyyəti İli”  elan edilməsi haqqında Sərəncamının icra edilməsi ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayonun Cümhuriyyət yaşlı sakinlərinin tibbi müayinəsi də təşkil edilib keçirilir. Belə ki, həkimlərdən ibarət səyyar briqadalar poliklinikaya gələ bilməyən 100 yaşdan yuxarı  5 nəfər sakinə, habelə fəaliyyət qabiliyyəti məhdud olan 100 nəfərdən artıq yaşlı rayon sakinlərinə evlərində tibbi xidmət göstərmişlər.Rayonun ən qocaman sakini Süleyman Əliyev də doğüm günündə ziyarət olunaraq, ad günü münasibətilə təbrik edilmiş və həkimlər tərəfindən tibbi müayinə edilmişdir. Müayinədən keçən Süleyman Əliyev onların sağlamlığının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə  və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.
 


OXŞAR XƏBƏRLƏR

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...

Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO

Fransalı jurnalist Ermənistana buraxılmayıb. O, hava limanında aclıq aksiyası elan edib.   Sfera.az xəbər verir ki, Milli.Az xəbər verir ki, Ermənist...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...