Əhalinin ərzaq xərclərinin 15 faizi bu məhsulların alışına yönəlir – Hansılardır?

Əhalinin ərzaq xərclərinin 15 faizi bu məhsulların alışına yönəlir – Hansılardır?
Azərbaycanda son 5 ildə mal qrupları üzrə ərzaq xərclərinin strukturunda müəyyən dəyişikliklər müşahidə edilir. Diqqəti çəkən əsas məqam ondan ibarətdir ki, əhali tərəvəz, ət və duzun istehlakını daha sürətlə artırır.
 
Sfera.az bildirir ki, 5 il ərzində ərzağa çəkilən xərc 15,08 milyard manatdan 21,7 milyard manata qədər artıb. Ötən müddətdə ərzağın alınmasına sərf edilən vəsaitdə artım 43,8 faiz olub. Yuxarıda adıçəkilən məhsul qrupları üzrə xərclərdə artım sürəti isə ümumi ərzaq xərclərindəki artım sürətini qabaqlayır.
 
Tərəvəzin alınmasına çəkilən xərc 5 il ərzində 1,413 milyard manatdan 3,2 milyard manata kimi artıb. Qısa müddətdə tərəvəz alışı 2,27 dəfə artıb.
 
Xüsusən, 2020-ci ildə tərəvəzə çəkilən xərcin 29,5 faiz artması müşahidə edilib. Bu artımdan sonra ərzaq xərclərində tərəvəz xərclərinin payı 14,74 faizə çatıb. 2016-cı ildə tərəvəzə çəkilən xərc cəmi ərzaq xərclərinin 9,3 faizini formalaşdırırdı.
 
Tərəvəzə çəkilən xərcin artmasında bu növ məhsulların bahalaşması da mühüm rol oynayıb. Son 5 ildə tərəvəz məhsulları 60 faiz səviyyəsində bahalaşıb. Bahalaşma çəkilən xərcin artmasına səbəb olur. Amma 5 ildə 2,27 dəfə artımda bahalaşma ilə bərabər miqdar ifadəsində artımın da payı böyükdür.
 
Ət alışına çəkilən xərc də çox artıb. Son 5 ildə ətə çəkilən xərcdə artım 50 faizi ötüb. 2020-ci ildə əhali ət və ət məhsullarına 2,25 milyard manat xərcləyib ki, bu da cəmi ərzaq xərclərinin 10,36 faizidir. 2016-cı ildə ərzaq xərclərinin 9,95 faizi ət alışına çəkilən xərcdən ibarət idi.
 
Ət və ət məhsullarına çəkilən xərcin artmasında əsas rolu qiymət artımları oynayıb. 2016-cı ildən bəri ətin qiymətində 40 faiz artım qeydə alınıb.
 
Duzun alışına çəkilən xərc isə 5 ildə 2,7 dəfə artıb. 2016-cı ildə duz istehlakına 16,5 milyon manat xərcləyən əhali ötən il bu məhsula 44,5 milyon xərcləyib. Yalnız 2020-ci ildə duz istehlakı 43 faiz artıb.

Qeyd edək ki, tərəvəz xərcləri böyüklüyünə görı digər ərzaq xərclərini qabaqlayır. Daha çox pul xərclənən digər ərzaq növləri meyvə (2,39 milyard manat), ət (2,25 milyard manat), şirniyyat (1,176 milyard manat), çörək və çörək məmulatları (883 milyon manat), süd və süd məhsulları (726 milyon manat) və kərə yağıdır (705 milyon manat).
 
Vasif
 
 
 
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü başlayıb.   Sfera.az ...

Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi OLDU

Azərbaycana dövlət səfərinə gələn Qırğızıstan Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub.   Sfera.az xəbər verir ki, hər...

Məşhur müğənninin konsetində DAVA DÜŞDÜ

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin konsertində dava düşüb.   Sfera.az xəbər verir ki, müğənninin “Cratos Casino”da verd...

24 Aprel – Gənclərin Beynəlxalq Həmrəylik Günüdür

Ümumdünya Demokratik Gənclər Federasiyasının qərarı ilə 1957-ci ildən hər il aprelin 24-də Beynəlxalq Gənclərin Həmrəylik Günü (International Day of Youth Solid...

Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə HƏBS EDİLDİ

Moskva məhkəmələrindən biri istintaqın tələbi ilə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qərarı çıxarıb.   Sfera.az x...

Bu şəhərə giriş PULLU OLACAQ - Səhər saat 08:30-dan...

Sabahdan etibarən İtaliyanın turizm şəhəri olan Venesiyaya gündəlik giriş haqları alınacaq.   Sfera.az bildirir ki, gündəlik ziyarətlər üçün bi...