Əhalinin bağlanan banklardakı pulları qaytarılır

Əhalinin bağlanan banklardakı pulları qaytarılır

Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin və "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi davam edir.

Əmanətlərin Sığortalanması Fondundan BiG.AZ-a bildiriblər ki, seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan "Bank of Azerbaijan"ın qorunan əmanətçilərinə 18,9 milyon manatdan çox, "Gəncəbank"ın qorunan əmanətçilərinə isə 344 min manatdan artıq kompensasiya ödənilib.

Ərizə formalarını "Bank of Azerbaijan" ASC və "Gəncəbank" ASC-nin qorunan əmanətçiləri Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC və "Gəncəbank"ASC-nin filiallarından, agent bankların filiallarından və www.adif.az saytından əldə edə bilərlər.

Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Sığorta hadisəsinə görə fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...