"Əgər koronavirusun peyvəndi və vaksini yoxdursa, insanlar necə sağalır?"- AÇIQLAMA

 

Xəbər verdiyimiz kimi iyulun 5-də 523 nəfər koronavirusa yoluxub, 451-i isə sağalaraq evə buraxılıb. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun peyvəndinin bu ilin sonunda, gələn ilin əvvəlində hazır olacağını söyləyib. Hər kəsi maraqlandıran məsələ: əgər koronavirusun peyvəndi və vaksini yoxdursa, insanlar necə sağalır?

Bununla bağlı Sonxeber.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, digər xəstəliklərdə olduğu kimi koronavirusda da dərmanlardan öncə insanın imunitet sistemi əsas rol oynayır:

 

"Düşünürəm ki, koronavirusdan sağalanların qanını sağlam insanlara köçürmək olar. Amma bunu kütləvi şəkildə etmək olmur. Çünki hepatit və digər xəstəliklərdən əziyyət çəkən insanlar var. Ona görə də bu üsuldan tək-tək yalnız koronavirus xəstələri üçün istifadə olunur. Heç kəs bu problemin necə həll ediləcəyini hələ bilinmir.Təəssüf ki, koronavirusun xarakteri hələ öyrənmək mümükün olmadığı üçün peyvənd və ya vaksin hazırlamaq çətindir. Ola bilsin ki ona heç ehtiyac da qalmasın".


OXŞAR XƏBƏRLƏR