“Əgər İran döyüşmək istəsə bu rəsmən onun sonu olacaq...”

“Əgər İran döyüşmək istəsə bu rəsmən onun sonu olacaq...”
 

ABŞ prezidenti Donald Tramp İranın ünvanına növbəti hədələyici bəyanatla çıxış edib.

 

Tramp özünün Tvitter səhifəsində yazıb: "Əgər İran döyüşmək istəyirsə bu rəsmən İranın sonu olacaq. Birləşmiş Ştatları hədələməyə cəsarət etməyin”.

 

Bu hədə İrana bağlı husi qruplaşmalarının Səudiyyə Ərəbstanında neft kəmərinə hücumu və Bağdadın "yaşıl zonasına”, ABŞ səfirliyi istiqamətinə raket atılması fonunda səslənir. Tramp daha əvvəl İranla bağlı nisbətən barışdırıcı tonda danışmışdı və "İranla müharibə başlayacaqmı?” sualına belə cavab vermişdi: "Ümid edirəm ki, yox. Əminəm ki, İran tezliklə danışıqlara gedəcək”.

 

Ötən bazar günü Tramp Fox News-a müsahibəsində bildirib ki, İranın nüvə silahı əldə etməsinə yol verilməyəcək. "Mən ancaq onu istəyirəm ki, onların əlində bizi hədələmək üçün nüvə silahı olmasın. Məsələ belədir ki, mən döyüşməyin tərəfdarı deyiləm. Çünki müharibə iqtisadiyyatı dağıdır, ən mühümü budur ki, müharibədə insanlar həlak olur. Laki İranla bağlı məsələ belədir ki, onlara nüvə silahı əldə etmək imkanı vermək olmaz”-o bildirib.

 

Xatırladaq ki, ABŞ Fars körfəzi regionuna qüvvə cəmləşdirir və bunu İranın regionda Birləşmiş Ştatların maraqlarına qarşı hansısa hücumlar hazırlaması ilə əsaslandırır.

 

Virtualaz.org


OXŞAR XƏBƏRLƏR

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tə...

Xavi "Barselona"dan AYRILMAYACAQ - QƏRAR VERİLDİ

"Barselona"nın vitse-prezidenti Rafa Yuste kataloniyalı baş məşqçi Xavinin komandada qalacağını və klubla müqaviləsini uzadacağını açıqlayıb. &nbs...

"Avropanın ən güclü adamı” uğurunun sirrini AÇIQLADI

"Avropanın ən güclü adamı” adını qazanan şotlandiyalı ağır atlet uğurunun sirrini açıqlayıb.    Sfera.az xəbər verir ki, bu barədə &q...