Əfv Məsələləri Komissiyasının yeni tərkibi təsdiqləndi - SİYAHI

Əfv Məsələləri Komissiyasının yeni tərkibi təsdiqləndi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sfera.az  AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

Komissiyanın sədri

Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Komissiyanın üzvləri

Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri

Fikrət Məmmədov - Azərbaycan Respublikasının ədliyyə naziri

Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Mədət Quliyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Allahşükür Paşazadə - Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri

Əhliman Əmiraslanov - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin sədri, Azərbaycan Tibb Universitetinin kafedra müdiri

Bəxtiyar Əliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Elm və təhsil komitəsi sədrinin müavini, Bakı Dövlət Universitetinin kafedra müdiri

Azay Quliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri

Səttar Möhbalıyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

Elmira Axundova - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, jurnalist

Məlahət İbrahimqızı - Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Aynur Sofiyeva - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Rəşad Məcidov - Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü

Əliməmməd Nuriyev - "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri

Mehdi Mehdiyev - Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri

Cəmilə Ramazanova - Azərbaycan Respublikasının əməkdar müəllimi

Komissiyanın katibi

Kəmalə İsmayılova - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə və Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyə olunsun ki, Komissiyanın iclaslarında iştirak etsinlər".


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...