“Əfqanıstandan çıxdığınız kimi buradan da çıxın” - İraqın Baş naziri Baydenlə görüşdə bunu xahiş edəcək?

“Əfqanıstandan çıxdığınız kimi buradan da çıxın” - İraqın Baş naziri Baydenlə görüşdə bunu xahiş edəcək?
İraqın Baş naziri Mustafa Al-Kazimi ABŞ prezidenti Cozef Baydenlə görüşəcək.
 
Vaşinqtonda keçiriləcək görüşdə Mustafa Al-Kazimi Cozef Baydenlə ölkəsində ABŞ silahlı qüvvələrin mövcüdluğuna son qoyulması məsələsini müzakirə etmək niyyətindədir.
 
Maraqlıdır, ABŞ-ın belə bir güzəştə getməsi mümkündürmü? Yekun nəticə necə ola bilər?

Məsələ ilə bağlı Sfera.az-a danışan Bakı Politoloqlar Klubunun rəhbəi Zaur Məmmədli ABŞ-ın İraqla bağlı siyasətinin fərqli olacağını deyib:

"İraqla bağlı məsələ Əfqanıstandan sonra aktual olacaq. Hələ ki, ABŞ və NATO üçün əsas məqam Əfqanıstandan çıxmaqdır. İraq Əfqanıstandan fərqli geosiyasi əhəmiyyətə, zəngin enerji resurslarına malikdir, o cümlədən Yaxın Şərqin qovşağında yerləşir. Ona görə də Vaşiqtonun Bağdad və Kabillə siyasətinin eyni olacağını düşünmürəm. Hər halda həm Əfqanıstanda, həm də İraqda ABŞ-ın gəlişindən sonra nə qədər paradoksal səslənsə də İranın və ona yaxın qrupların güclənməsinin şahidi olduq.

Bundan sonrakı proseslərdə isə ABŞ Prezidenti Co Baydenin hansı qərarı çıxaracağı hələlik məlum deyil. Birmənalı şəkildə bəllidir ki, Əfqanıstandan ABŞ ordusunun çıxarılması Baydenin qərarı deyildi. Əslində? ondan qabaq bu Tramp tərəfindən irəli sürülmüşdü. Lakin İraqla bağlı ABŞ-ın nə keçmiş, nə də indiki siyasi hakimiyyət nümayəndələri birmənalı mövqe nümayiş etdirməyiblər".

Politoloq türk qüvvələrinin Kabil hava limanına nəzarət etdikdən sonra İraqda hakim mövqeyə sahib olacağını deyib:

"Hər halda İraq, Əfqanıstan və s bu kimi dövlətlərdə daxili sabitliyi əldə etmək üçün qərarlar qəbul edərkən çox kövrək yanaşma lazımdır. İraq və Əfqanıstanın bu vəziyyətə salınmasının ən böyük baiskarının kimlər olduğunu bilirik. O dövlətlər ki, bu illər ərzində bölgədə sabitlik yarada bilmədilər və əksinə bölgəni terror yuvasına çevirdilər. Çox təəssüf ki, region ölkələri bu hadisələrdən əziyyət çəkir. Hər halda əgər ABŞ ordusunun İraqdan çıxarılması ilə bağlı qərar qəbul olunarsa və Əfqanıstanda olduğu kimi estafet Türkiyə tərəfinə verilərsə, bu addım Türkiyənin, demək olar ki, bütün İraqı ələ almasına gətirib çıxaracaq.

Hadisələrin sonrakı gedişatı hələlik onu deməyə əsas verir ki, indiki məqamda İraqla bağlı qərar qəbul edilməyəcək".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi ö...

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....