Dünya

Əfqanıstanda taliblərin hücumu - 9 ölü

Əfqanıstanda taliblərin hücumu - 9 ölü
 

Əfqanıstanın şimal-şərqində "Taliban" silahlıları ilə toqquşmalarda yerli təhlükəsizlik qüvvələrinin 9 əməkdaşı öldürülüb, 8 nəfər isə yaralanıb.

Sfera.az-ın  verdiyi məlumata görə, "Taliban" noyabrın 2-si səhər şimal-şərqdə Bədəxşan əyalətindəki Nusai qəzasına hücum edərək təhlükəsizlik qüvvələrinə atəş açıb. Hərbiçilərlə silahlılar arasında toqquşmalar davam edir.

Bildirilir ki, taliblər qəzanın hökumət kompleksinə yaxınlaşıblar. Toqquşma baş verən ərazidə təhlükəsizlik qüvvələrinə kömək gəlməzsə, qəza "Taliban"ın əlinə keçə bilər.
"Taliban" hərəkatı öz növbəsində, hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930