Əfqanıstanda partlayış - 7 ölü, 10 yaralı

Əfqanıstanda partlayış - 7 ölü, 10 yaralı
Əfqanıstanın şimal-qərbindəki eyniadlı vilayətin inzibati mərkəzi olan Herat şəhərində şənbə günü baş vermiş partlayış nəticəsində azı 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

Sfera.az xəbər verir ki, bu barədə yerli "Etilaat Roz” qəzeti məlumat yayıb.

İlkin məlumata görə, Hacı Abbasın Herat məhəlləsində sərnişin mikroavtobusu partladılıb.

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban” hərəkatının regional nümayəndələri partlayış faktını təsdiqləyiblər.

OXŞAR XƏBƏRLƏR