Əfqanıstan savaşı bizə nə verdi: 7 azərbaycanlı hələ də axtarılır

Əfqanıstan savaşı bizə nə verdi: 7 azərbaycanlı hələ də axtarılır

Sovet qoşunlarının 1989-cu ildə Əfqanıstandan çıxarılmasının 30-cu il dönümüdür.

 

Sfera.az xəbər verir ki, 1979-cu il dekabr 25-indən 1989-cu il fevralın 15-nə qədər, Sovet İttifaqının 40-cı ordusu Əfqanıstan ərazisində olduğu müddətdə beynəlmiləlçilik missiyasını yerinə yetirərək 416 iri miqyaslı hərbi əməliyyatlar keçirib. Ən böyük əməliyyatlardan biri olan "Maqistral” əməliyyatı 1987-1988-ci illərdə kənd təsərrüfatı mallarını daşımağa mane olan qruplaşmaları dəf etmək üçün keçirilib.


10 il müddətində, SSRİ tərkibində olan keçmiş Sovetlər respublikalarından 68 millətin nümayəndəsindən ibarət 620 min hərbçi Əfqanıstandakı hərbi əməliyatlarda iştirak edib. Bundan əlavə 525 min əməkdaş SSRİ Dövlət Təhlükəsizlik Komitəsindən, 5 min nəfərə yaxın isə SSRİ DİN-dən orada xidmət edib.


Bunlardan 547 min nəfər döyüş əməliyyatlarında iştirak edib, 21 min nəfər işçi və qulluqçu əmək fəaliyyəti ilə məşqul olub.

Əfqanıstanda ümumi döyüşlərdə və keçirilmiş hərbi əməliyatlarda Sovet ordusundan 14453 nəfər həlak olub, 292 nəfər itkin düşüb, 5753 nəfər isə müxtəlif dərəcələrdə bədən xəsarəti alaraq yaralanıb.


İtkilər bununla da bitməyib, Əfqanıstandan qayıtdıqdan sonra da 3203 nəfər hərbçi aldığı yaralar nəticəsində dünyasını dəyişib.


Əfqanıstanda ümumi döyüşlərdə və keçirilmiş hərbi əməliyatlarda Sovet ordusunun 86 nəfəri Sovet İttifaqı Qəhramanı adına layiq görülüb (25 nəfər ölümündən sonra), 200 minə yaxın hərbçi isə müxtəlif döyüş orden və medalları ilə təltif olunub.


Sovet İttifaqı Əfqanıstan Demokratik Respublikasına dəstək olaraq 10 il müddətində təxminən 800 milyon ABŞ dolları yardım göstərib. Sovet İttifaqının Əfqanıstanda 40-cı ordunun saxlanması və hərbi əməliyyat xərcləri isə 3 miliyard ABŞ dollarından çox olub.  Sovet ordusunun  Əfqanıstan müharibəsində 147 tank, 1314 zirehli transpartyor, 433 artileriya sistemi, 118 təyyarə və 333 vertolyot texnikası itkisi olub.

    

Məlum Cenevrə razılaşmasına əsasən, 40-cı ordunun Əfqanıstandan çıxarılmasına 1988-ci il 15 mayda başlanıb və bu proses 15 fevral 1989-cu ildə başa çatıb. MDB üzvü olan dövlərdə keçmiş Əfqanstan döyüşçüləri məhz 15 fevralı təntənəli surətdə qeyd edirlər.

 

7500 nəfər azərbaycanlı döyüşçü Əfqanıstan müharibəsində iştirak edib. Onlardan 208 nəfəri hərbi əməliyatlarda həlak olub, 450 nəfəri əlil olub, 7 nəfəri isə itkin düşüb. 1400 nəfər azərbaycanlı isə isə mülkü işlərdə xidmət edib.


OXŞAR XƏBƏRLƏR