Əflatun Amaşov jurnalistlərə dəstək olur ya etiraz edir? - GÜNÜN LƏTİFƏSİ

Əflatun Amaşov jurnalistlərə dəstək olur ya etiraz edir? - GÜNÜN LƏTİFƏSİ
Xəbər verdiyimiz kimi bu gün bir qrup media rəhbəri və ictimaiyyət nümayəndəsi jurnalistlərin üçüncü binasının şəhid ailələrinə verilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Sfera.az xəbər verir ki, media eksperti Rizvan Qənbərli öz Facebook hesabında prezidentə edilən müraciətər sırasında Mətbuat Şurasının sədri Əflatun Amaşovun imzasının olduğunu qeyd edib. Halbu ki, bu məsələdə etiraz edənlərdən biri də Əflatun Amaşov olub.

Qeyd edək ki, bir müddət əvvəl Mətbuat Şurasının sədri jurnalistlər üçün tikilən 3-cü binanın onlara verilməməsi təşəbbüsü ilə çıxış edən deputat Etibar Əliyevin fikirlərinə etiraz edərək bildirmişdi ki,  jurnalistlər üçün inşa edilmiş həm birinci, həm ikinci binadan mənzil sahibinə çevrilənlər sırasında dövlətə və cəmiyyətə xeyir baxımından E.Əliyevdən daha üstün simalar var:

"Hörmətli deputatımız isə elə fon yaradır ki, sanki o binalardan mənzil sahibi olanların, orada yaşayanların heç biri layiqli deyil və buna görə də üçüncü bina jurnalistlərə verilməməlidir. Bu yanaşma yumşaq desəm, düzgün deyil".

Sfera.az
Gülər

OXŞAR XƏBƏRLƏR

Bakıda məşhur əyləncə mərkəzi YANIR - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntülə...

Bakıda taxta bazarı YANIR - YENİLƏNDİ - 2 - FOTO

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.   DİN-in mətbuat xidmətindən Sfera.az...

Ceyranbatan su kanalında 1 nəfər BATDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazi...

Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...