Əflatun Amaşovdan TƏKLİF: \"Çap məhsullarını əlavə dəyər vergisindən azad edək\"

Əflatun Amaşovdan TƏKLİF: \
"Ölkəyə gətirilən hazır çap məhsulları, qəzet kağızının əlavə dəyər vergisindən azad edilməsi dövlət büdcəsinə böyük əksiklik gətirməyəcək".

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Parlamentdə hökumətin 2017-ci il hesabatına münasibət bildirərkən deyib.

Ə.Amaşov bildirib ki, bu sahəyə tətbiq edilən vergi maliyyə baxımdan çox cüzi olan bir rəqəm olsa da, mənəvi baxımdan böyük məsələdir:

"Ölkəyə gətirilən hazır çap məhsulları qoyulan vergi dövlət büdcəsinə yarım milyona qədər vəsait gətirir. Bu rəqəm medianın iqtisadi durumuna əhəmiyyətli dərəcədə təsir edir. Medianın iqtisadi durumu və onun yerinə yetirdiyi ictimai missiya nəzərə alınmalıdır. Media tək ictimai deyil, strateji missiya da yerinə yetirir. Əgər bu məhsulları əlavə dəyər vergisindən azad etsək, ölkəyə çoxlu kitab, jurnal gətiriləcək. İnsanlar maariflənəcək, bunun nəyi pisdir?”

Ə.Amaşov qeyd edib ki, Vergi Məcəlləsinin  164.1.7-ci maddəsi bu məsələdə hüquqi bazanın da mövcud olduğunu göstərir.

Orxan Bəşirov

OXŞAR XƏBƏRLƏR

"Mən itirdikcə qazandım" - Oksana

"İnsan itirdikcə qazanır... Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona... Ü...

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib.    Sfera.az-ın məlumatına görə, hadisə bu...

Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"yə qalib gələrək finala yüksəldi

Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.   Sfera.az-ın məlumatına görə, yarımfinalın cavab matçında "Qarabağ" "Ne...

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...