Efiopiya prezidenti İlham Əliyevi təbrik etdi

Efiopiya prezidenti İlham Əliyevi təbrik etdi

Efiopiya Federativ Demokratik Respublikasının prezidenti Mulatu Teşome prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Milli bayramınız - 28 May Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə Azərbaycan xalqına və Hökumətinə Efiopiya Federativ Demokratik Respublikasının xalqı, Hökuməti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında mövcud olan sıx əlaqələrin gələcək illərdə də möhkəmlənəcəyinə əmin olduğumu bildirmək istərdim.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına sülh və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm".


OXŞAR XƏBƏRLƏR