Çeferin Konfrans Liqasının perspektivini açıqlayıb

Çeferin Konfrans Liqasının perspektivini açıqlayıb
 

"Bizim üçün ən vacib və çətin olanı rəqabətdə balansın qorunmasıdır. Bəzi klubların çox zəngin, digərlərinin isə ildən-ilə kasıblaşması perspektivdə gələcək üçün problemdir”.

Sfera.az bildirir ki,  bunu UEFA-nın prezidenti Aleksander Çeferin deyib.

Qurum rəhbəri yeni yaradılmasına qərar verilən Konfrans Liqası barədə danışıb. O bildirib ki, bu turnir əksər ölkə və klublar üçün qazanc baxımından sərfəli olacaq: "Kiçik, hətta Rusiya kimi böyük ölkələrə də daha çox beynəlxalq oyun keçirmək lazımdır. Çünki bu matçlar daha çox qazanc əldə etməyə, daha böyük sponsorlarla əməkdaşlığa imkan verir. Bu da aşağı yaş qrupları üzrə komandalara və idmanın inkişafına artıq vəsait ayırmaq imkanı yaradır. Konfrans Liqası tamamilə üçüncü dərəcəli avrokubokdur. Belə olan halda, "Bavariya”, "Real” və "Yuventus”la qarşılaşmaq imkanı olmayacaq. Bu, yalnız onda mümkün olar ki, həmin klublar 3-cü avrokuboak düşsünlər. Lakin həm burda, həm Avropa Liqasında göstərilən nəticələr klublara daha yüksəyə qalxmaq şansı verəcək. Bu, əla turnir olacaq. İlk dövrdə bu turniri Çempionlar Liqasının vəsaitləri ilə maliyyələşdirməli olacağıq. Amma sonra lokal sponsorlarla əməkdaşlıq üçün sərhədsiz imkanlar açılacaq. Lokal komandalar arasında beynəlxalq görüş regionda keçirilirsə, beynəlxalq matç statusu daşıyırsa, "Bavariya” və "Barselona” rəqabətindən maraqlı olacaq. Mən kifayət qədər nikbinəm”.

 

Qeyd edək ki, Konfrans Liqası 2021/22 mövsümündən keçiriləcək. Azərbaycan çempionu istisna olmaqla, digər 3 klubumuz məhz bu yarışda oynayacaq. 


OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.   Sfera.az xəbər verir ki, aparıc...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...