“Əfəl” nazir, diribaş müavin və milyonların nağılı – OZAL MƏMMƏDOV YAZIR

“Əfəl” nazir, diribaş müavin və milyonların nağılı – OZAL MƏMMƏDOV YAZIR

Məmur həbsləri həmişə və hər yerdə maraqlıdır. Görünür, həm də ona görə ki, həmin həbslərin ardınca çox mətləblərə aydınlıq gəlir. Məlum olur ki, şəbəkələşmiş cinayətkar məmur korpusu illərdir, dövlətin və xalqın cibindən milyonları rahatlıqla oğurlayırmış. Bu faktın özündən daha çox diqqət çəkən isə bu oğurluq sisteminin quruluşu və ssenarisidir. Bəli, mövzumuz DTX-nin həyata keçirdiyi məmur həbsləridir.


Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) həyata keçirdiyi korrupsiya əleyhinə həbslər ölkə gündəmini dəyişməyi bacarıb. Məhz bu olaylardan sonra aylardır ki, gündəmin bir nömrəli müzakirə mövzusu olan koronavirus pandemiyası yerini məmur həbsləri mövzusuna verib.

 

Təbii və başadüşüləndir. Azərbaycan insanının ürəyindən xəbər verən, ictimai rəydə birmənalı olaraq alqışlanan bu həbslər həm də başqa mətləblərin müjdəçisi sayılmalıdır. Baş verənlər həm də onun göstəricisidir ki, ölkə başçısı İlham Əliyevin başlatdığı islahatlar və yeniliçkilik dalğası dönməz xarakter alıb. Yeni idarəetmə təfəkkürünə uymayan komanda üzvlərinin aşkarlanaraq dövriyyədən çıxarılması eyni zamanda bu prizmadan da təhlil edilə bilər. Bir neçə icra başçısının həbsinin ardından Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Nazirliyində əməliyyat keçirməsi isə prosesin davamlılığının anonsu və təsdiqiydi. Son əməliyyat bir daha göstərdi ki, dövlət idarəetməsində kök salmış parazit mahiyyətli məmurlar hər ay kifayət qədər böyük məbləğləri dövlət büdcəsindən oğurlayaraq özlərinin qurduğu korrupsiya maşınının köməkliyi ilə mənimsəyiblər.


Bəlii oldu ki, nazirliyin nəzdindəki idarələr həbsdəki sabiq nazir müavininə hər ay 60 min manat verib, təmirlərdən isə 150 min manat cibə qoyulurmuş.

Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun əməlləri sadəcə şok effekti yaradıb.

 

Həbs olunmuş nazir müavini Rafiq Bayramov özü etiraf edir ki, pullar onda akkumlyasiya olunurdu, yəni toplanırdı. Gəlin, "qəhrəmanın” özünü dinləyək: "Bütün rayonlar üzrə təmir işlərinə 1 milyon 500 min manat ayrılırdı. İl ərzində 40-45 müəssisə təmir edilirdi. İdarə rəisləri həmin vəsaitdən 10 faiz miqdarında nazirliyə verirdilər. Bu da 150 min manat demək idi. Bu pulları bəzi hallarda şirkət rəhbərləri, bəzən də idarə rəisləri mənə verirdilər”.


Rafiq Bayramov subliminal mesaj verir ki, "Pullar məndə akkumlyasiya olunurdu, yəni toplanırdı". Belədə sual olunur: Bəs toplanıb hara gedirdi? Yəqin ki, burada Rafiq Bayramov pulların toplanaraq nazirə getdiyinə işarə edir.


Heç məsələnin o tərəfi ilə işimiz yoxdu ki, nazir müavini hər şeyi səmimi şəkildə etiraf edir ya yox? Hər ay mənimsənilən məbləğ onun etiraf etdiyi rəqəmlərdən böyük olub ya yox? Bu məqamlar istintaq orqanlarının işidir, bizi maraqlandıran isə digər bir sualdır: Nazir müavini toplanılan aylıq rüşvət məbləğinin sonrakı taleyinə niyə aydınlıq gətirmir? Sanki maraqlı bir filmə baxırsan və düyünün açılması anında işıqlar sönür, süjet yarımçıq qalır. Rafiq Bayramov eyni zamanda mədəniyyət nazirliyində ictimai təşkilatlara ayrılmalı olan qrant komissiyasına rəhbərlik edib. Yaxşı olar ki, illər boyu qrantların ayrıldığı təşkilatlar da diqqətlə təhlil edilsin. Həmin təşkilatların da da Rafiq Bayramovun özünə məxsusluğu üzə çıxarsa təəccüblənmərəm. Təəccüblü məqam bu miqyasdakı maliyyə maxinasiyalarını Rafiq Bayramovun təkbaşına reallaşdırmasıdır.


Axı, nazir müavini təkcə təmir adıyla hər ay mənimsənilən 150 min manatı tək "yeyə bilməzdi”. Nazir Əbülfəs Qarayev o qədərmi sadəlöhv adamdır ki, onun müavini və idarə rəisi büdcəni talasın və o xəbərsiz olsun? Şəxsən mən nazirimizin bunca əfəl və sadəlövh olduğuna inanmıram, inanmaq istəmirəm. Hətta belədirsə də bu Əbülfəs Qarayevi məsuliyyətdən xilas etmir.


Axı söhbət məhz o Rafiq Bayramovdan gedir ki, o uzun müddət Əbülfəs Qarayevin  köməkçisi vəzifələrində çalışıb. Əbülfəs Qarayev hələ gənclər və idman naziri olandan Rafiq Bayramov onun köməkçisi olub. 2006-2014-cü illər ərzində Mədəniyyət və Turizm Nazirliyində də nazirin köməkçisi vəzifəsində işləyib. 2014-cü ilin iyul ayından nazir müavini təyinatadək Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. 27 iyun 2018-ci ildə mədəniyyət nazirinin müavini təyin olunub. Məhz bundan sonra da nazirlikdəki rüşvət və korrupsiya piramidasının başına gəlib və ya gətirilib.

 

Belə özfəaliyyət olmur axı...


Söhbət Əbülfəs Qarayevə yaxın olmuş məmurlardan düşmüşkən, onlardan biri də 20 ildir gənclər və idman nazirinin müavini vəzifəsində çalışan İntiqam Babayevdir.

 

Ozal Məmmədov

Sfera.az saytının baş redaktoru


OXŞAR XƏBƏRLƏR

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...