İqtİsadİyyat

ƏDV ilə sadələşdirilmiş verginin eyniləşdirilməsi kölgə iqtisadiyyatını “çiçəkləndirə" bilər - ŞƏRH

ƏDV ilə sadələşdirilmiş verginin eyniləşdirilməsi kölgə iqtisadiyyatını “çiçəkləndirə
"ƏDV ilə sadələşdirilmiş verginin eyniləşdirilməsi kölgə iqtisadiyyatını "çiçəkləndirəcək”.
 
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda sadələşdirilmiş verginin ƏDV ilə əvəzlənəcəyilə bağlı yayılan məlumatlara münasibət bildirərkən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib.
 
Onun fikrincə, proses ancaq diferensiallaşdırma yolu ilə öz həllini tapa bilər:
 
"Əlavə dəyər vergisilə (ƏDV) sadələşdirilmiş verginin eyniləşdirilməsi mümkün deyil. Sadələşdirilmiş vergi ümumiyyətlə aradan qaldırılsa, bütün sahibkarlar ƏDV ilə işləməli olsa, bu halda ƏDV-nin özü kateqoriyalara bölünməlidir. Yəni bu halda indi mövcud olan formadan fərqli olaraq, dövriyyənin həcminə uyğun ƏDV müəyyənləşdirilməlidir. Burada isə artıq söhbət sadələşdirilmiş verginin aradan qaldırılmasından getmir. Sadəcə olaraq, söhbət ƏDV-nin diferensiallaşdırılmasından gedir. Addımlar məhz bu istiqamətdə atılmalıdır. Zənn edirəm ki, hökumət də məhz bu istiqamətdə qərar qəbul edəcək. Yəni sadələşdirilmiş vergini ƏDV-yə birləşdirib, diferensiallaşdırmaq lazımdır. Əks təqdirdə hazırda sadələşdirilmiş vergi ödəyən kiçik sahibkar iri sahibkar kimi yüksək faizlə vergi ödəməli olacaq ki, bu da ədalətsiz olmaqla yanaşı, həm də kiçik sahibkarlığın məhvinə gətirib çıxara bilər. Belə vəziyyətdə kiçik sahibkarlar həmin vergidən yayınmaq üçün müxtəlif qeyri yollar axtarmağa başlayacaq. Demək istəyirəm ki, ƏDV ilə sadələşdirilmiş verginin eyniləşdirilməsi baş verərsə, bu kölgə iqtisadiyyatının daha da çiçəklənməsinə rəvac verəcək”.
 
Qeyd edək ki, yaxın gələcəkdə, qarşıdakı 2 il ərzində Azərbaycanda vergi sistemində ciddi dəyişikliklərin olacağı gözlənilir. Bununla bağlı qəbul edilən dövlət proqramında göstərilir ki, sadələşdirilmiş vergi mərhələli şəkildə əlavə dəyər vergisi ilə əvəzlənəcək.
 
ELÇİN 
Sfera.az
AdRiver

XƏBƏR LENTİ