\"Ədliyyə naziri və baş prokuror vəzifələri birləşdirilsin və Dövlət İstintaq Komitəsi yaradılsın\"

\
Sfera.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin "Xalq cəbhəsi” qəzetinə müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Bakıda və böyük şəhərlərdə  karantin rejiminin mayın sonuna qədər uzadılmasına necə baxırsınız?

- Çox şükürlər olsun ki, hökumətin vaxtında qəbul etdiyi etdiyi qərarlar nəticəsində biz bu bəladan az itkilərlə qurtulmaq üzrəyik. Vəziyyətin bizdən çox-çox pis olduğu ölkələrdə artıq karantin rejimi aradan qaldırılır. İqtisadiyyatımız karantin rejiminin davam etməsindən və neftin qiymətinin kəskin aşağı düşməsindən ciddi ziyan görür. Ona görə də düşünürəm ki, bu həftə də virusa yoluxanların sayında ciddi artım olmazsa, mayın 11-dən karantin rejimini aradan qaldırmaq lazımdır. Sadəcə ictimai yerlərdə və nəqliyyatda tibbi maskalardan istifadənin məcburi olması barədə qərar qəbul etmək olar. Dərslər isə iyulun sonuna qədər davam etməli və sentyabrın 1-i yeni dərs ili başlamalıdır. Bunun üçün məktəblərin kondisionerlərlə təchiz olunmasına indidən başlamaq lazımdır. Dərslər iyun, iyul aylarında davam etməsə belə uşaqlar hər il may, sentyabr, oktyabr aylarında isti sinif otaqlarında əziyyət çəkirlər. Karantin rejimi həm də ona görə aradan qaldırılmalıdır ki, xüsusilə, iqtisadi islahatlar geniş vüsət alsın.
Saakaşvili bəyan edib ki, Ukrayna Avropanın ofşor ölkəsinə çevrilməlidir. Mən isə deyirəm ki, Azərbaycan dünyanın ofşor ölkəsi olmalıdır. Xarici investorlar üçün ölkəmizdə vergi cənnəti yaradılmalıdır. Turizmin inkişafı üçün təcili olaraq regionlarda kazinoların yaradılmasına icazə verilməlidir. Ən başlıcası isə yubanmadan böyük özəlləşməyə və mülkiyyətin toxunulmazlığına təminat verən müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılmasına başlamaq lazımdır.V axt gedir....

- Qüdrət bəy, korrupsiyaya qarşı mübarizə istiqamətində atılan addımları yetərli sayırsınızmı?

- Son vaxtlar yüksək çinli məmurların rüşvətxorluğa görə cinayət məsuliyyətinə cəlb olunmasını təqdir edirəm və bu işi peşəkarlıqla görən məsul şəxslərə təşəkkürümü bildirirəm. Amma düşünürəm ki, bu yetərli deyil. Prezident də Baş Prokuroru vəzifəyə təyin edərkən xüsusi vurğuladı ki, hüquq mühavizə orqanlarında islahatlar genişləndirilməlidir. Həbslərlə paralel cinayətkarlığı doğuran səbəb və şərait ciddi təhlil olunmalı, qanunvericilik təkmilləşdirilməli, institutsional islahatlar həyata keçirilməlidir. İlk növbədə "Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri olan şəxslər Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının üzvləri olmamalıdır. Ehtiyac olarsa, müvafiq vəzifəli şəxslər Komissiyanın iclaslarına dəvət oluna bilər. Qanunvericiliyi təkmilləşdirməklə büdcə vəsaitlərinin oğurlanmasının qarşısını almaq üçün effektli mexanizmlər yaradılmalıdır. Hakimlər özlərini Ədliyyə Nazirliyinin əməkdaşları kimi hiss etməsinlər deyə hakimlərin özünüidarə orqanı olan Məhəmə Hüquq Şurası yalnız hakimlərdən təşkil olunmalıdır. Şuranın iclaslarına müvafiq vəzifəli şəxslər dəvət oluna bilər. Hakimlərin  yalnız cinayət törətdikdə Milli Məclisin razılığı ilə  vəzifəsindən kənarlaşdırılması qaydası nəzərdə tutlmalıdır. Aşağı instansiya məhkəmələrinin bilə-bilə ədalətsiz qərarlar qəbul edən hakimləri haqqında yuxarı instansiya məhkəmələrinin xüsusi qərardad qəbul etməməsinə görə ciddi məsuliyyət nəzərdə tutulmalıdır. Konstitusiyaya zidd olduğu üçün Ali Məhkəmə Plenimunun əlavə kassasiya instansiyası qaydasında işlərə baxmasına son qoyulmalıdır. Bütün növ xüsusi məhkəmələr ləğv olunmalıdır. Çünki işlərə baxış zamanı çəkişmə prinsipinin tam təmin oluması və hakimlərin bütün hüquq sahələri üzrə zəruri biliklərə sahib olması xüsusi məhkəmələri lazımsız edir. Süründürməçiliyin qarşısını almaq üçün bütün məhkəmə instansiyalarında işlərə mahiyyəti üzrə baxılmalı, işlərin aşağı instansiya məhkəmələrinə təkrar baxış üçün göndərilməsi praktikasına son qoyulmalıdır. Yeni açılmış hallar üzrə işlərə birinci instansiya məhkəmələrində baxılmalıdır. Mülki Prosessual Məcəlləyə ciddi dəyişikliklər edilməlidir. Yaxşı olardı ki, ABŞ-da olduğu kimi Ədliyyə Naziri və Baş Prokuror vəzifələri birləşdirilsin və  Dövlət İstintaq Komitəsi (DİK) yaradılsın. Düzdür iki vəzifənin birləşdirilməsi üçün Konstitusiya dəyişdirilməlidir. Bu gələcəyin işidir. Amma Dövlət İstintaq Komitəsinin yaradılması hal-hazırda ona görə vacibdir ki, istintaq aparan orqan həm də məhkəmədə dövlət ittihamını müdafiə etməsin.

Həmçinin İH başçılarının səlahiyyətləri mərkəzi icra hakimiyyətinin  təmsilçisi olmaq səviyyəsində məhdudlaşdırılmalıdır. Bələdiyyələrə yerli hakimiyyət orqanları statusu verilməli, sakinlər yerlərdə hakimiyyətin formalaşdırılmasında iştirak etməlidirlər. Bakı və Gəncə şəhər bələdiyyələri yaradılmalıdır. Yerlərdə mülki cəmiyyət institutlarının yaradılması üçün xüsusi dövlət proqramı həyata keçirilməlidir. 

- Qüdrət bəy, sosial şəbəkələrdə "beşinci kalon” təmsilçiləri sistemli şəkildə belə kampaniya aparırlar ki, indiki iqtidar getməyincə ölkədə real islahatlar keçirilə bilməz. Siz necə düşünürsünüz?

- Onları ölkəmizin dəyişməsi yox, kimlərinsə əliylə hakimiyyətə gəlmələri düşündürür. Ölkədə Prezident və parlament seçkiləri keçirilib. Qarşıdakı 5 ildə biz hakimiyyəti dəyişmək barədə yox, islahatları dərinləşdirmək, iqtisadiyyatımızı yenidən qurmaq  barədə düşünməliyik. Xalqımızın dəstək olacağı təqdirdə bu missiyanı İlham Əliyev və Mehriban Əliyeva uğurla həyat keçirə bilər. Hər iki şəxsin formalaşdığı mühit və qazandıqları idarəetmə təcrübəsi bu əminliyi yaradır. Bəzi insanlar fikirləşirlər ki, cəmiyyətimizdəki problemlərin hamısı idarəetmədəki çatışmamazlıqlarla bağlıdır. Bu cür düşünənlər köklü şəkildə yanılırlar. Hər bir xalqın 100 illər ərzində formalaşan mentaliteti olur. Bunu nəzərə almadan yürüdülən siyasət iflasa məhkumdur. Hərdən eşidirəm, kimsə deyir ki, bizim mübarizəmiz nəticəsində bugünkü  azadlıqlar var. Adamın gülməyi gəlir. Biz bəzi əyalətlərdə mövcud olan tiraniyanı və xalqımızın ona reaksiyasını görürük. Əgər Prezidentin də öz çıxışında qeyd etdiyi həmin bəy, xanlar  "beşinci kalon”un aranı qatmasından istifadə edib siyasi hakimiyyətə sahib olsa, qısa bir zamandan sonra Azərbaycan Türkmənistandan betər ola bilər. Hansı ki, dünyanın bir çox ermənipərəst böyük gücləri də bunu istəyir.

İlham Əliyevlə Mehriban Əliyevanın ziyalı ailədə böyüməsi və müasir dünyagörüşlü insanlar olması Azərbaycanı diktaturadan qoruyur.


OXŞAR XƏBƏRLƏR

Doktoranturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - BU GÜN SAAT 11:00-DAN...

Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır. Sfera.az xəbər verir ki, bu barədə Elm və Təhsi...

Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA

“Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.   Sfera.az bildirir ki, bunu qa...

Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Yeni hazırlanmış dərman qripin yaratdığı iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını ala bilib.   Sfera.az bildirir ki, qripə səbəb olan qr...

Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində “Xarici agentlər haqqında qanun”un müzakirəsi zamanı səs-küylü insident yaşanıb.    Sfera.az bildirir ki, Gü...

Bakı və Belqrad arasında mühüm telefon danışığı

15 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı a...

70 yaşlı məşhur amerikalı aktyor mərhum oğlunun fotosunu paylaşdı

70 yaşlı məşhur amerikalı aktyor Con Travolta mərhum oğlu Cettin xatirəsini ehtiramla yad edib. O, arxiv görüntülərini İnstaqramda paylaşıb.   Sfera....