Eden Azar \"Real Madrid\"ə transfer olunub - RƏSMİ

Eden Azar \
 

İngiltərənin "Çelsi" klubunun futbolçusu Eden Azar İspaniya "Real Madrid"inə transfer olub.

Unikal.org "Kral klubu"nun rəsmi saytına istinadən verdiyi məlumata görə, belçikalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Bildirilir ki, 28 yaşlı cinah oyunçusu tezliklə tibbi müayinədən keçəcək. Sözləşmə şərtləri açıqlanmasa da, mətbuatda bu transferin "Real Madrid"ə 100 milyon avroya başa gəldiyi yazılıb.

Azar 2018/2019-cu illər mövsümündə Premyer Liqada 37 oyuna 16 qol vurub və 15 məhsuldar ötürmə edib. O, "Çelsi"nin Bakıda "Arsenal"ı 4:1 hesabı ilə məğlub etdikləri final qarşılaşmasında isə "dubl" edib.

Peşəkar karyerasına 2007-ci ildə Fransa "Lill"ində başlayan Eden Azar 2012-ci ildə "Çelsi"yə keçib. O, kapitanı olduğu Belçika millisində 100 oyuna 30 qol vurub.


OXŞAR XƏBƏRLƏR