Edamını gözləyən AZƏRBAYCANLI həkim – Xanımı kömək istəyir

Edamını gözləyən AZƏRBAYCANLI həkim – Xanımı kömək istəyir
 Edam cəzasına məhkum olan güney azərbaycanlı həkim Əhməd Rza Cəlalinin bu hökmə etirazından il yarım keçməsinə baxmayaraq, müvafiq qurumlar cavabdehlikdən boyun qaçırır.

Sfera.az xəbər verir ki, Cəlalinin həyat yoldaşı Vida Mehranniya həkimin günahsız olduğunu bildirib.

Onun sözlərinə görə, həyat yoldaşının günahsızlığını sübut edən dəlillərin məhkəmə orqanına təqdim edilməsinə baxmayaraq, ədalətsiz qərar hələ də qüvvədə qalır və İran-İsveç vətəndaşı olan həkim edam təhlükəsi ilə qarşı-qarşıyadır.

Mehranniya qeyd edib ki, heç bir rəsmi şəxs nə ona, nə də Cəlalinin vəkillərinə cavab verir:

"Halbuki məhkəmə rəsmilərinin bir çoxu, hətta təhlükəsizlik orqanları onun günahsızlığına və çıxarılan edam hökmünün yanlış olduğuna əmindirlər. Səhvin qəbul edilməsinə baxmayaraq, ədalətin bərpasından boyun qaçırılır”.

Mehranniya "Amerikanın Səsi”nə verdiyi müsahibədə həyat yoldaşının immunitet çatışmazlığı və qan azlığından əziyyət çəkdiyini bildirərək qeyd dib ki, bu xəstəliklər Cəlalinin İran həbsxanalarında yayılan koronavirus infeksiyasına yoluxma riskini artırır:

"Bu günə kimi İran rəsmiləri Cəlali və vəkillərinin, eləcə də BMT İnsan Haqları Şurasının onu məzuniyyətə göndərmək barədə tələblərinə cavab verməyib”.

Həbsxananın sanitar-gigiyena vəziyyətinin çox zəif olduğunu deyən Mehranniya bildirib ki, koronavirusun geniş yayıldığı həbsxanada onun yeganə şansı hazırda yüksək təhlükəsizlik şəraitində, tam təcrid edilmiş vəziyyətdə saxlanılmasıdır”.

Qeyd edək ki, Əhməd Rza Cəlali 2016-cı ilin may ayında ailəsini görmək üçün İrana səfəri zamanı təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq, "İsrail casusu” ittihamı ilə həbs olunub. Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabr ayında Cəlalini edama məhkum edib. Qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.

Xatırladaq ki, martın 9-da İran rəsmiləri koronavirus səbəbindən 70 min məhkuma məzuniyyət icazəsi verdiyini bəyan edib. Lakin onlar arasında nə güney azərbaycanlı milli-mədəni fəallar, nə də siyasi, ictimai və insan haqları fəalları, eləcə də xarici vətəndaşlar yoxdur.

Daha öncə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İranda məhkumluq həyatı yaşayan vətəndaşların, eləcə də amerikalıların azadlığa buraxılmasını tələb edib.

(teleqraf.com)

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...