Əcnəbilər Azərbaycanda mülkiyyət sahibi ola bilməz - EKSPERT

Əcnəbilər Azərbaycanda mülkiyyət sahibi ola bilməz - EKSPERT
Ötən il xaricilər tərəfindən Azərbaycanda 2 mindən çox mənzil alınıb. Bu, öncəki illərlə müqayisədə çoxdur. Məlumata görə, mənzillərə maraq göstərən xaricilər daha çox Şərq ölkələrinin vətəndaşlarıdır. Daşınmaz əmlaklar müxtəlif məqsədlər üçün istifadə edilməyə görə satın alınır.

Satılan mənzillərin yarıdan çoxu bölgələrin payına düşür. Ekspertlər hesab edir ki, bu il və növbəti illərdə xaricilərin Azərbaycanın əmlak bazarına marağı daha da artacaq. Bu isə turizmin inkişafı və bunun nəticəsində xaricilərin Azərbaycan haqqında daha çox məlumat alması ilə bağlıdır. Eyni zamanda xaricilərin daşınmaz əmlaka olan marağı mənzil qiymətlərinin qismən də olsa bahalaşmasına da gətirib çıxaracaq.

Daşınmaz əmlak eksperti Nüsrət İbrahimov açıqlamasında bildirdi ki, əcnəbi adı ilə Azərbaycanda ev alanların böyük əksəriyyəti xaricdə yaşayan azərbaycanlılardır: "Rusiyada, Ukraynada, Türkiyədə və digər  ətraf ölkələrdə yaşayan azərbaycanlılar gəlib burada daşınmaz əmlak alırlar. Sadəcə olaraq, onların qeydiyyatı yaşadıqları ölkədə olduğu üçün əcnəbi sayılırlar. Təbii ki, aralarında digər dövlətdən olan vətəndaşlar da  var. Ancaq onlar yaşayış evlərinə deyil, kommersiya obyektlərinə üstünlük verirlər”. 

Ekspertin fikrincə, ərəblər daha çox böyük sahəyə malik evləri alaraq, onu rekonstruksiya edir, onu kiçik hotel kimi turistlərə kirayə verirlər: "Daha çox qeyri-yaşayış sahəsi kimi istifadə edirlər. Bu, əslində ölkə gəlirlərinin artması baxımından müsbət haldır. Əcnəbi vətəndaş o xidməti qurursa, öz ölkələrindən buraya turistləri cəlb edir, gətirir. Burada stabil olaraq fəaliyyət göstərir. Bu da ölkə iqtisadiyyatı üçün müsbət haldır”.

N.İbrahimov hesab edir ki, bu sahədə Türkiyə daha çox inkişaf edib, Azərbaycanın ona çatmasına zaman lazımdır: "Türkiyə artıq bu sahədə inkişaf etmiş bir dövlətdir, orada bir çox qanunlar, ənənələr artıq uzun illərdir  formalaşıb. Biz o yolu hələ indi keçirik, bu baxımdan bizə uzun illər lazımdır ki, bu sistem tam formalaşsın”.

Əcnəbilərin mənzil deyil, torpaq və ya torpaq üzərində bir mülkiyyət almasına gəlincə, N.İbrahimov da bunun qanunvericiliklə qadağan edildiyini  bildirdi: "Azərbaycanda əcnəbilərin torpaq alması qanunla qadağandır. Əcnəbi vətəndaşlar torpağı yalnız icarəyə götürə bilərlər, ancaq öz mülkiyyətlərinə keçirə bilməzlər. Bu məhdudiyyət dünya ölkələrinin 90 faizində var. Əcnəbi vətəndaş torpağı mülkiyyətə götürərkən, belə bir durum yaranır ki, Azərbaycan hüquq-mühafizə orqanları, dövlət rəsmiləri o torpağa ayaq basa bilməzlər”.

Qeyd edək ki, Torpaq Məcəlləsinin 5-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində mülkiyyət hüququ yalnız Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə mənsub ola bilər.  Xarici vətəndaşlar və hüquqi şəxslər Azərbaycanda torpaq sahəsinin mülkiyyətçisi ola bilməz. Yalnız icarəçisi ola bilər. Bu baxımdan ərəblərin və digər əcnəbilərin  ölkəmizdə birbaşa torpaq mülkiyyətçisi olması mümkünsüzdür. Bəzi əcnəbilər  bizim vətəndaşların adına torpaq alıb istifadə edirlər,  ancaq mülkiyyətçi ola bilmirlər. Bir sıra ölkələr iqtisadiyyatı və turizmi inkişaf etdirmək üçün belə qadağalardan tədricən tam və ya qismən  imtina edirlər. Polşada xarici vətəndaş icazəli qaydada torpaq mülkiyyətçisi ola bilər.

Onu da qeyd edək ki, bu qadağadan yayınmaq mümkündür. Belə ki, xarici vətəndaş Azərbaycanda hüquqi şəxs, məsələn, Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) təsis edib, torpağı həmin hüquqi şəxsin adına ala bilər. Bu halda o MMC yerli hüquqi şəxs hesab edilir, çünki Azərbaycanda təsis edilib, buna görə də torpağın mülkiyyətçisi ola bilər. Əlbəttə, faktiki həmin hüquqi şəxsin sahibi xarici vətəndaş olduğu üçün, dolayısı ilə elə torpağın da sahibi odur. Qanunvericilikdəki bu boşluq faktiki olaraq qadağanı yan keçməyə imkan verir. Yəni ölkəmizdə qeyri-yaşayış sahəsi kimi torpaq alıb, kommersiya fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər MMC yaradaraq torpaq mülkiyyətçisi ola bilərlər.

Xarici təcrübəyə nəzər salsaq, deyə bilərik ki, qonşu ölkələrin əksəriyyətində bu qadağa yoxdur. Məsələn, Türkiyədə artıq əcnəbilərin torpaq mülkiyyətçisi olması ilə bağlı heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Öncədən  belə bir qadağa olsa da, son 5 ildə  qanunvericilik  səviyyəsində aradan qaldırılıb. Hazırda Türkiyədə daşınmaz əmlak almaqla bağlı xarici vətəndaşlara heç bir məhdudiyyət qoyulmur və bunun nəticəsində Türkiyədə həm mənzil bazarına, həm də torpaq fonduna qoyulan investisiyaların həcmi milyardlarla ölçülür. Qonşu Gürcüstanda isə 2008-ci ildən etibarən bütün məhdudiyyətlər aradan qaldırılıb. Yalnız müəyyən tələblər var ki,  torpaq sahəsinin istifadəsi üzrə istiqamət bəlli müddət ərzində dəyişdirilməsin.

Azərbaycanda da hüquqi şəxs yaratmaqla əcnəbilərin bu məhdudiyyətdən yayına bildiyini nəzərə alsaq, bu qadağanın ləğvi ölkənin daşınmaz əmlak sektorunda canlanma yaranması baxımından faydalı olardı. ("Yeni Müsavat")

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...