Çeçen əsilli Ukraynalı boksçu saxlanılıb - Vəkildən açıqlama

Çeçen əsilli Ukraynalı boksçu saxlanılıb - Vəkildən açıqlama
Ukrayna Respublikasının vətəndaşı olan çeçen əsilli Magomed-Amin Saitov Bakıdan Moskvaya gedən zaman Beynəlxalq Hava Limanında saxlanılıb. Bu barədə tanınmış vəkil Adəm Məmmədov öz "facebook” səhifəsində məlumat verib. Magomed-Amin Saitovun hüquqlarının müdafiəsini öz üzərinə götürən vəkil Adəm Məmmədovun bildirdiyinə görə,  bu işin arxasında Ukraynanın daxili işlər naziri, milliyyətçə erməni olan Arsen Avakovun dayanmasına dair məlumatlar var: "Ukrayna Respublikasında peşəkar boks klubunun prezidenti olan Magomed-Amin Saitov  sabah ölkəmizdə keçirilən beynəlxalq boks yarışının təşkilatçısıdır. Bu səbəbdən də respublikamıza gəlmişdir. Şəxsi işləri ilə əlaqədar Moskva şəhərinə gedən zaman beynəlxalq hava limanında saxlanılmışdır.

Tutulmasına səbəb Ukrayna parlamentinin deputatı ilə aralarında Kiyev şəhərində küçədə anidən baş vermiş mübahisə olmuşdur”.

Adəm Məmmədovun AZXEBER.COM-a bildirdiyinə görə, gün ərzində Magomed-Amin Saitov harda saxlanılmasını öyrənməyə çalışsa da, buna nail ola bilməyib:"Bütün günü Magomed-Amin Saitovun harda saxlanmasını müəyən edə bilmədim. Onun qohumlarına söz tapıb deyə bilmirəm. Deyə bilmirəm ki, hərdən bizim hüquq mühafizə orqanlarında belə şeylər olur. Uzun çəkən mübarizədən sonra Baş Prokurorluqdan bu işin Azərbaycan Respublikası DİN-nin Baş Cinayət Axtarış idarəsində araşdırıldığını öyrəndim. Mənə maraqlıdı, görəsən müvəkkilimlə görüşə biləcəyəmi?

Ukrayna mətbuatının yazdığına görə bu Rusiya dövləti tərəfindən onların ölkəsinə qarşı yönəlmiş təxribatdır. Magomed-Amin Saitov Bakıda tutulması isə şəxsən Ukraynanın daxili işlər naziri, milliyyətçə erməni olan Arsen Avakovun təşəbbüsüdür”.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...