Əbülfəs Qarayevdən haqqında yayılan iddialara CAVAB

Əbülfəs Qarayevdən haqqında yayılan iddialara CAVAB
Keçmiş Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin səhhətində yaranan problemə görə xaricə getmək istəyərkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanından geri qaytarılması barədə məlumatlar yayılıb.

 

Sfera.az xəbər verir ki, modern.az informasiyanın doğru olub-olmadığını dəqiqləşdirmək üçün sabiq nazirin özü ilə əlaqə saxlayıb. O, haqqında yayılan xəbəri yalanlayıb.

 

"Mənim bu hadisədən xəbərim yoxdur. Sonuncu dəfə hava limanında keçən ilin fevral ayında olmuşam. Həmin vaxt səfərimi yerinə yetirib Azərbaycana qayıtmışam. Bu il ümumiyyətlə hava limanına daxil olmamışam”.

 

Xatırladaq ki, Əbülfəs Qarayev 21 may 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Mədəniyyət naziri vəzifəsindən azad edilib.

 

Bundan xeyli əvvəl - mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi.


OXŞAR XƏBƏRLƏR

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.   Sfera.az-ın məlum...

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...

“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.   Sfera.az xəbər...