Əbülfəs Qarayev Rasim Balayev haqda: \"Hamını oraya toplaya bilməzdik\"

Əbülfəs Qarayev Rasim Balayev haqda: \

"Azərbaycanda 270 xalq artisti, nə qədər xalq yazıçısı, xalq şairi, xalq rəssamı var, onların hamısını o məkana toplaya bilməzdik”.

Sfera.az ONA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib. 

Nazir görüşə dəvət olunmayan mədəniyyət və incəsənət adamlarından üzr istəyib: "Onların hamısını bir araya gətirsəydik Heydər Əliyev sarayında da yer olmazdı. Mənim Rasim Balayevlə yaxın dostluğum var. Düşünürəm ki, gələn görüşlərdə digər mədəniyyət xadimlərimiz də görüşdə iştirak edə biləcəklər. Kimlər bu görüşdən kənarda qalıbsa üzr istəyirəm. Gələn dəfə iştirak etməyən mədəniyyət xadimlərini də nəzərə alacağıq”. 


OXŞAR XƏBƏRLƏR