“Əbədi gənclik” resepti və ya qocalmanın qarşısını alan 8 qida məhsulu

“Əbədi gənclik” resepti və ya qocalmanın qarşısını alan 8 qida məhsulu
 Dərinin cavan və orqanizmin sağlam qalması üçün ilkin şərt düzgün qidalanmadır. Qida rasionunuzu düzgün təşkil etsəniz, ömrünüzün 70 faizini cavanlıq təşkil edəcək. Bunun üçün "qocalmaya qarşı” qida məhsullarından daha çox istifadə edin. Bəs bu məhsullar hansılardır?
Avakado

Bu meyvəni "əbədi gənclik” qidası adlandırırlar. E vitamini və antioksidantlarla zəngindir. Bu maddələr isə saçların və dərnin sağlamlığı üçün əvəzolunmazdır.

Qaragilə

Meyvə deyil, xəzinədir! C vitamini ilə zəngindir, qan dövranını yaxşılaşdırır, qocalmaya qarşı ən təsirli meyvələrdən biridir.

Brokoli (gül kələmi)

Tərkibi sellüloz, C vitamini və beta-karotinlə zəngindir. Çəkini normada saxlamağa kömək edir, pəhrizdən sonra çəkinin artmasını əngəlləyir, ürək xəstəliklərindən qoruyur.

Darçın

Məşhur enerji mənbələrinin siyahısında ilk yerdə dayanan darçının ətri yorğunluğu aradan qaldırır və əlavə enerji verir. Səhər yeməyinizdə darçından istifadə edin və bütün günü gümrah əhvalda keçirəcəksiniz.

Qara şokolad

Bir şərtlə ki, tərkibində kakaonun miqdarı 70 faizdən az olmasın. Belə şokoladın bir-iki dişləmi həzmi yaxşılaşdırır, dəriyə və saçlara parlaqlıq verir.

Yerarmudu (və ya yeralması)

Təəssüf ki, bu meyvənin gücü lazımınca qiymətləndirilmir. Tərkibi kalium maddəsi ilə zəngindir ki, bu da ürəyin ömrünü uzadır. Həmçinin qanda şəkərin miqdarını aşağı salır.

Qırmızı kələm

Bənövşəyi rəngdə olanları seçib istifadə etsəniz, orqanizminizi antioksidantlarla zənginləşdirə bilərsiniz. Bu isə sizi xərçəngdən qorumaqla yanaşı, həm də dəridə qırışların yaranmasını əngəlləyəcək.

Lobya (paxla)

Bu bitki xolesterinin miqdarını azaldır və ürək xəstəliklərindən qoruyur. Gündəlik qida rasionunuzda bu bitkiyə yer verməklə orqanizminizin gücünü qoruyub saxlaya bilərsiniz. (SaglamOlun.com)

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...