Döyüşlər zamanı Ermənistanın Baş Qərargah rəisi bilyard oynayırmış

Döyüşlər zamanı Ermənistanın Baş Qərargah rəisi bilyard oynayırmış

Ermənistanın "Lragir.am" saytının baş redaktoru Aykazn Qaqriyan cəbhədəki son hadisələri təhlil edib.

Sfera.az azvision.az-a istinadən bildirir ki, jurnalist məqaləsində Ermənistanın Baş Qərargah rəisiYuri Xaçaturovun ötən gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə getdiyini qeyd edib.
Məlumata əsasən, Xaçaturov qondarma rejimin "lideri" Bako Saakyanla görüşüb. 

"Aprel ayının əvvəlində baş verən döyüşlər zamanı bu iki şəxs özünü çox qəribə aparıb. Onlar cəbhə xəttində Azərbaycan Silahlı Qüvvələrinin toplanması barədə məlumatlara əhəmiyyət verməyiblər. Bako Saakyan bunu aprel döyüşlərindən sonra verdiyi ilk müsahibədə etiraf edib, Xaçaturova gəldikdə isə ölkə KİV-lərində yayılan məlumatlarda onların bilyard oynadığı və cəbhədən gələn kəşfiyyat məlumatlarına fikir vermədiyinə dair məlumatlar yayılıb", - deyə erməni jurnalist məqaləsində vurğulayıb.

Qaqriyan sözügedən yazısında "dördgünlük müharibə" zamanı erməni tərəfinin verdiyi itkiləri etiraf edib.

"Heç kim Ermənistan tərəfinin niyə mövqelərini verdiyi, atəşkəsə razılaşdığı, nəticədə torpaqları itirməyimizdən danışmır. Ermənistan hərbi rəhbərliyinin səsləndirdiyi bəyanatlar ziddiyyətlidir. Belə ki, Ermənistan Müdafiə Nazirliyi hələ də "əhəmiyyətsiz" torpaqların verildiyini bəyan edir. Əhəmiyyətsiz torpaq anlayışı nə deməkdir?", - deyə Qaqriyan qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...