Döyüldüyü üçün polisə şikayət etdi, orda da döydülər

Döyüldüyü üçün polisə şikayət etdi, orda da döydülər

1982-ci il təvəllüdlü Niyaz Həsənov Bakıda ata və oğul tərəfindən döyülüb. Sfera.az musavat.com-a istinadən xəbər verir ki, onu döyənlər Bakı şəhər sakinləri 1967-ci il təvəllüdlü Zakir Xəlilov və oğlu 1990-cı il təvəllüdlü Elnur Xəlilov olub. 

Hadisə Xətayi rayonu, M.Rüstəmov küçəsində baş verib. Niyaz Həsənov hadisə barədə 34-cü Polis Bölməsinə məlumat verib və hər iki şəxsdən şikayətçi olub. Bölməyə dəvət edilən ata və oğul burada da dava salıb.

Zakir Xəlilov Polis Bölməsinin həyətində Niyaz Həsənovu təkrar döyüb.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR