Döyüb pulunu aldılar, qalığını qaytardılar - Bakıda “vicdanlı soyğunçular” axtarılır

Döyüb pulunu aldılar, qalığını qaytardılar - Bakıda “vicdanlı soyğunçular” axtarılır
 

38 yaşlı Bakı sakini Mehman Hüseynov noyabrın 2-də, günorta saatlarında qeyri-adi soyğunçuluq hadisəsinin qurbanı olub.

Sfera.az xəbər verir ki, saat 12: 00-da Dərnəgül qəsəbəsi ərazisində bir nəfər gəncə Rail və Ziya adlı şəxslər tərəfindən hücum edilib. Belə ki, onu zorla "Nissan" markalı maşına mindiriblər.

Avtomobilin salonunda təcavüzkarlar M.Hüseynovu döyərək onu bıçaqla hədələyib və Nərimanov rayonu ərazisi, Əhməd Rəcəbli küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinə aparıblar. Burada quldurlar M.Hüseynovdan 50 manat götürüblər.

Təcavüzkarlar zərərçəkənin gözü qarşısında onun pulu ilə yanacağın ödənişini ödəyib və 30 manatı M. Hüseynova qalıq olaraq geri veriblər.

Yanacaqdoldurma məntəqəsindən ayrıldıqdan sonra Rail və Ziya qurbana qaçmağa imkan verib. M.Hüseynov dərhal polisə müraciət edib.

Hazırda müstəntiqlər vicdan soyğunçularını saxlamağa çalışır. "Nissan" markalı avtomobilə sahib olan təcavüzkarların şəxsiyyəti artıq müəyyən olunub. /oxu.az


OXŞAR XƏBƏRLƏR