Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb
Dövlətə xəyanətdə təqsirləndirilən Ələkbərov Anar Vaqif oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, A. Ələkbərov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatına görə, Anar Ələkbərov 2016-cı ilin mart ayında xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanları nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. Həmin şəxslər A.Ələkbərova xaricdə ticarət əlaqələri olan bəzi Azərbaycan vətəndaşları barədə məlumat toplayıb, onları müxtəlif işgüzar münasibətlər zəminində xarici xüsusi xidmət orqanlarının əlaqəsinə cəlb etmək, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları və Azərbaycanda fəaliyyət göstərən konkret ölkələrin səfirliklərinin nümayəndələri, Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsi haqqında məlumat toplamaq barədə tapşırıqlar verib. A.Ələkbərov ötən müddət ərzində bu tapşırıqların yerinə yetirilməsi istiqamətində konkret işlər görüb.

A.Ələkbərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR