“Dövlətə xəyanət edənlərə ən ağır cəza verilməlidir”- Millət vəkili

“Dövlətə xəyanət edənlərə ən ağır cəza verilməlidir”- Millət vəkili
Sfera.az-a açıqlamasında bu sözləri Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının dövlətə xəyanət etməkdə suçlanan Mingəçevir sakini Anar Ələkbərovun saxlanılmasına münasibət bildirərkən Milli Məclisin deputatı Fərəc Quliyev deyib: 

"Dövlətə xəyanətdə suçlanaraq həbs edilən şəxslə bağlı  məsələ ən azından bu istiqamətdə cərəyan edən iki məqamı üzə çıxartdı. Həmişə bildirmişik ki, Azərbaycana troya atlarını yeridirlər, ölkəmizdə "5-ci kolon” fəaliyyət göstərir. Açıq-açığına başqa ölkələrdə hazırlanan təşkilatlar belə açıq şəkildə ölkəmizdə fəaliyyət göstərirlər.  Onlara qarşı da sərt şəkildə ölçü götürülməlidir. Ölçü götürülərsə, dövlətə xəyanət edən belə adamlar da üzə çıxmağa cəsarət etməzdilər. Ancaq dünyanın hər bir ölkəsində xarici ölkəyə cəsusluq fəaliyyətilə məşğul olanlar var. 
 
Dövlətə xəyanət edənlərə münasibətdə düşünürəm ki, ən ağır cəza verilməlidir. Cəmiyyətimiz də bu kimi məsələlərdə sayıq olmalıdır. Ölkə içərisində olan hər kəs nəzərə almalıdır ki, xarici dövlətlər tərəfindən  izlənilirlər. Xarici dövlətlər ölkəmizlə bağlı informasiya toplayırlar. Ona görə də istər televiziyaya çıxanda, istərsə də çap mətbuatında bəzi məsələləri nəzərə almalıyıq. Çünki Azərbaycan müharibə aparan ölkədir. Məcburən müharibəyə cəlb olunmuşuq. Təəssüf ki, öz içimizdən də Vətənə xəyanət edənlər çıxır”. 
 
Deputat onu da vurğuladı ki, Vətənə xəyanət edənlərin zərərsizləşdirilməsi həm də Dövlət Təhlükəsizlik Xidməti və digər güc strukturlarımız ayaq üstə olduqlarının, öz fəaliyyətlərini peşəkarcasına normal müstəvidə qurdurlarının göstəricisidir: 
"Bu yol davam etdirilməlidir. Vətənə xəyanət edənlərin cəzası fikrimcə, ən ağır şəkildə olmalıdır. Vətəni satmaq, Vətənə xəyanət etməkdən ağır  cəza ola bilməz”.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaq-əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı, Mingəçevir şəhər sakini Ələkbərov Anar Vaqif oğlu dövlətə xəyanət cinayətində şübhəli şəxs qismində saxlanılıb. 
 
Müəyyən olunub ki, Anar  Ələkbərov 2016-cı ilin mart ayında xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanları nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. Həmin şəxslər A.Ələkbərova xaricdə ticarət əlaqələri olan bəzi Azərbaycan Respublikası vətəndaşları barədə məlumat toplayıb, onları müxtəlif işgüzar münasibətlər zəminində xarici xüsusi xidmət orqanlarının əlaqəsinə cəlb etmək, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları və Azərbaycanda fəaliyyət göstərən konkret ölkələrin səfirliklərinin nümayəndələri, Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsi haqqında məlumat toplamaq barədə tapşırıqlar verib. A.Ələkbərov ötən müddət ərzində bu tapşırıqların yerinə yetirilməsi istiqamətində konkret işlər görüb. 
Araşdırmalar zamanı A.Ələkbərovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq topladığı və gizliliyinin qorunduğunu güman etdiyi mobil internet təminatından istifadə etməklə xarici xüsusi xidmət orqanlarına ötürdüyü məlumatlar əldə edilib, iş üzrə digər çoxsaylı dəlillər toplanılıb, o, cinayət əməllərini etiraf edərək, təfərrüatları barədə ətraflı məlumatlar verib. 
 
A.Ələkbərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.  
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...