Dövlət Rasim Balayevi müalicə üçün Türkiyəyə göndərir
12:46 / 21.11.2017
661
Azərbaycanın xalq artisti Rasim Balayev müalicə olunmaq üçün Türkiyəyə gedəcək.
Sfera.az xəbər verir ki, bu barədə "Report"a xalq artisti özü məlumat verib.
O, Türkiyəyə noyabrın 22-də yollanacağını, müalicə xərclərinin Azərbaycan dövləti tərəfindən ödəniləcəyini deyib: "İstanbula gedirəm. Xəstəxananın adını hələ bilmirəm. Müalicəm vaxtı Bakıdakı demək olar ki, bütün xəstəxanaları gəzmişəm, hara göndərdilər ora da gedirdim".