Cəmİyyət

Dövlət qurumundan qarpız alanlara xəbərdarlıq

Dövlət qurumundan qarpız alanlara xəbərdarlıq
İsti yay aylarının sərinləşdirici qidalarından olan qarpızı artıq piştaxtalarda görmək mümkündür. İyul ayının sonu, avqustun əvvələrində yeməyə alışdığımız qidanın iyun ayında artıq satışda olması istehlakçılarda onun keyfiyyəti barədə şübhə yaradır.

Qida Təhülkəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev AzVision.az-a bildirib ki, qarpız seçimi edərkən ölçüsünə, tamlığına, üzərində yarıq və çatların olmamasına diqqət edilməlidir. 

"Üzərində hər hansı zərərverici və ya zərərverici izlərinin olmaması, saplağının yaşıl oması vacib amillərdən biridir. Həmçinin üzərində sarı ləkələrin olmasına da nəzər yetirilməlidir ki, yetişmiş qarpızın torpaqla təmas etdiyi hissələr əvvəl ağ olur, sonradan isə açıq sarıya çevrilir”.

M.Piriyev qeyd edib ki, qarpızın cizgilərı aydın olmalıdır. Belə ki, yetişmiş qarpız seçərkən onun saplağı incə və quru olmalı, qabığına dırnaqla toxunduqda asanlıqla cızılmamalıdır.

"Qarpızın kəsilərək alınması bir o qədər məsləhət deyil. Çünki qarpızı kəsən bıçaq sanitariya ve gigiyena qaydalarına uyğun təmizlənməlidir ki, qarpızın içinə yad maddələr düşməsin. Bundan əlavə, təbii yetişmiş məhsul əldə etmək istəyiriksə, qarpız öz mövsümündə, yəni iyun ayının sonundan sentyabrın əvvəlinə kimi, əsasən avqust ayında istehlak edilməlidir. Aqrokimyəvi dərmanlarla yetişmiş məhsul həm dad etibarilə standartlara uyğun olmur, həm də kəskin nişasta qoxusu verə bilər. Belə məhsulların istehlakından imtina edilməlidir”.
 
Sfera.az

XƏBƏR LENTİ