\"Dövlət qulluğuna qəbulla bağlı müsahibə mərhələsi ləğv edilsin\" - Fazil Mustafadan TƏKLİF

\
"Dövlət İmtahan Mərkəzinin dövlət qulluğuna və digər qurumlara qəbulla bağlı imtahanlardan uğurla keçənlər üçün müsahibə mərhələsi ləğv edilməlidir”. 

Sfera.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Milli Məclisin deputatı Fazil Mustafa bildirib. 
 
F.Mustafa deyib ki, vakant yerlərə imtahan verən şəxslər keçid balını topladıqdan sonra həmin qurumların özü tərəfindən müsahibəyə cəlb edilir: 

"Onlar istəmədiklərini işə qəbul etmirlər. Hesab edirəm ki, imtahandan uğurla keçmiş şəxslər əlavə yoxlamaya cəlb edilmədən işə qəbul edilməlidir”.

F.Mustafa eyni halın vəkilliyə sənəd verən şəxslərə də tətbiq edilməsini və vəkilliyə namizədlər üçün keçid balının 60-dan 50-yə salınmasını da da təklif edib.
 
 
Aydan Lətifova

OXŞAR XƏBƏRLƏR