Dövlət məmuru taksini qaçırdı

Dövlət məmuru taksini qaçırdı
Sankt-Peterburq polisi yanacaqdoldurma stansiyasında taksi maşının oğurlayan kişini həbs edib.

Sfera.az Rusiya Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, insindent dünən baş verib.

38 yaşlı taksi sürücüsü polisə gələrək "Hyundai Solaris” markalı avtomobilinin sərnişin tərəfindən qaçırıldığını bildirib.

Taksi sürücüsü yanacaqdoldurma məntəqəsində aşağı düşərək benzinin pulunu ödəməyə gedib. Bu zaman maşındakı sərnişin onun yerinə keçərək maşını işə salıb və naməlum istiqamətdə sürərək gedib.

Yol polisi avtomobili "Lenin” meydanı yaxınlığında saxlayaraq cinayətkarı həbs edib.

Maşını qaçıran şəxsin 23 yaşlı dövlət məmuru olduğu deyilir. Onun hansı səbəblə taksi maşınını oğurlaması açıqlanmır.
 
İlqar

OXŞAR XƏBƏRLƏR