Dövlət Komitəsindən Zaur Kamalın verilişi ilə bağlı açıqlama

Dövlət Komitəsindən Zaur Kamalın verilişi ilə bağlı açıqlama
 Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi "Xəzər” TV-də yayımlanan "5-də 5” verilişindəki qanundankənar kadrlarla bağlı araşdırma aparıb.

Bu barədə AFN-in sorğusunu cavablandırarkən adıçəkilən qurumun İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysova bildirib. O, qeyd edib ki, Zaur Kamalın elçi getdiyi qız hazırda orta məktəbdə oxuyur: "Ağdam rayonu üzrə Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən araşdırma aparılıb, kadrlarda sözügedən qız hazırda 9-cu sinifdə oxuyur. Oxuduğu məktəbin direktoru Rasim Əliyevlə də əlaqə saxlanılıb. Bildirib ki, dərsə davamiyyəti yaxşıdır. Şagirdlə söhbət aparılıb və qız deyib ki, çəkiliş qəfildən gəlib, əvvəldən belə bir çəkilişin olacağını gözləmirmişlər. Məktəbli həmçinin bildirib ki, elçi gələn ailəni tanımır, oğlanla əvvəldən tanış olmayıb. Eyni zamanda Ağdam rayon Təhsil Şöbəsi və rayon icra hakimiyyətinin müvafiq qurumları tərəfindən ailə nəzarətə götürülüb.

Biz komitə olaraq belə halları pisləyirik. Bu, uşaq hüquqlarına, Ailə Məcəlləsinə və qanunvericiliyin aidiyyatı müddəalarına ziddir. Ona görə də verilişlərin belə bir mövzuda aparılmasına münasibətimiz mənfidir. Hər jurnalist çalışmalıdır ki, hüquqları, qanunları bilsin, verilişdə, fəaliyyətində bunlara riayət etsin. Əgər hüquqazidd bir hadisə varsa bu, efirə çıxarılmamalıdır. Biz jurnalistlərlə iş aparırıq, təlimlər keçiririk ki, bu cür hallar ortaya çıxmasın”.


OXŞAR XƏBƏRLƏR

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...