“Dövlət istənilən an...” – Ekspertdən benzinin bahalaşma xəbərinə reaksiya

“Dövlət istənilən an...” – Ekspertdən benzinin bahalaşma xəbərinə reaksiya

"Azərbaycanda benzinin qiymətilə bağlı proqnoz vermək sadəcə olaraq, özünü və cəmiyyəti aldatmaqdır”.


Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda benzinin qiymətinin bahalaşması ehtimalı ilə bağlı yayılan söhbətlərə münasibət bildirərkən neft-qaz məsələləri üzrə ekspert İlham Şaban deyib.


Onun sözlərinə görə, Azərbaycanda bu sahədə bazar qanunları işləsəydi benzinin qiymətilə bağlı proqnoz vermək olardı: "Praktika göstərir ki, Azərbaycanda benzinin qiymətinin bahalaşıb-bahalaşmayacağınıproqnozlaşdırmaq mümkün deyil. Azərbaycanda bu sahədə bazar qanunları işləsəydi, onda benzinin qiymətilə bağlı proqnoz vermək mümkün idi. Necə ki, bazar qanunlarının işlədiyi ölkələrdə ekspertlər məhz bunu əldə əsas götürməklə proqnozlar verirlər. Azərbaycanın yanacaq bazarında isə qiymətlər dövlət tərəfindən tənzimlənir. Bir şey ki, dövlət tərəfindən tənzimlənir, onun qiymətinin dəyişməsi də məhz dövlətin əlindədir. Onun istənilən an benzinin qiymətini qaldırmaq imkanı var və bunu əvvəlcədən proqnoz etmək mümkünsüzdür”.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR