Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əsasnaməsinə dəyişikliklər edildi

Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əsasnaməsinə dəyişikliklər edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə"ni "Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 1 noyabr tarixli 718 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90, № 7, maddə 625, № 11, maddə 996; 2012, № 9, maddə 853, № 11, maddə 1084; 2013, № 2, maddə 124, № 12, maddə 1525; 2014, № 7, maddə 789, № 9, maddə 1053; 2015, № 1, maddə 17, № 3, maddələr 263, 264; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 5 iyun tarixli 549 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə"nin 5.8-ci bəndindən "aparat rəhbəri və aparat rəhbərinin müavini," sözləri çıxarılsın".


OXŞAR XƏBƏRLƏR

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...