Dövlət bu uşaqlara pul ayırdı - RƏSMİ AÇIQLAMA

Dövlət bu uşaqlara pul ayırdı - RƏSMİ AÇIQLAMA
 

Sfera.az  xəbər verir ki, bu sözləri baku.ws-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib.

Onun sözlərinə görə, sağlamlıq imkanları məhdud uşaqlar,  ailə başçısını itirmiş uşaqlar, beşdən çox uşağı olan qadınların uşaqları, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin uşaqları, müddətli həqiqi hərbi xidmət qulluqçularının, şəhid ailələrinin, müharibə səbəbi ilə əlaqədar əlilliyi olanların və onlara bərabər tutulanların uşaqları və digər uşaqlar birbaşa dövlətin təminatındadır.

"Onlara yönələn sosial ödənişlər də mütəmadi artırılır və 2019-cu ildə bu sahədə də çox ciddi artımlar edilib. Misal üçün, sağlamlıq imkanları məhdud uşaqlar üçün ötən il aylıq müavinətin məbləi 82 manatdan 150 manata çatdırılıb və onlara quluq edənlər üçün Prezidentin aylıq təqaüdü (50 manat) təsis olunub. Beləliklə, bu istiqamət üzrə sosial ödənişin  məbləği  ümumilikdə 200 manat olmaqla, 2,4 dəfə artıb. Həmçinin bu ilin əvvəlindən sağlamlıq imkanları məhdud uşaqlara ailə başçısını itirdikləri halda buna görə aylıq müavinəti (80 manat) də almaq, yəni sağlamlıq imkanları məhdudluğa və ailə başçısını itirməyə görə təyin olunan müavinətlərin hər ikisini almaq hüququ verilib.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara günərzi qayğı və icma əsaslı reabilitasiya, surdoloji xidmətlər, psixoloji yardımlar və s. göstərilir ki, bu xidmətlər 8 minə yaxın uşağı əhatə edir. Göründüyü kimi, qayğıya ehtiyacı olan uşaqlar sosial dəstəklə təmin olunur, ailənin imkanlı və imkansız olmasından asılı olmayaraq hər bir uşağa aylıq müavinət (uşaq pulu) verilməsi fikri isə hər hansı sosial-iqtisadi əsaslandırmaya söykənmir”,-deyə Fazil Talıbov əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...