“Düzgün müalicə yazmaq əvəzinə...” - "Biolab” Tibb Mərkəzindən şikayət

“Düzgün müalicə yazmaq əvəzinə...” -

Özünü Lei La kimi təqdim edən istifadəçi Facebookdakı "Müştəriyəm Şikayətim Var” qrupuna şikayət ünvanlayıb.


Sfera.az paytaxtda fəaliyyət göstərən tribb mərkəzlərindən birindən gileyli olan şikayətçinin məktubunu təqdim edir: "Salam. Şikayətim "Biolab tibb mərkəzi”ndəndir. Deməli, bu yaxınlarda həmin mərkəzdə bir həkimin qəbulunda olduq. Bizə ilk müayinənin ödənişsiz olduğunu demişdilər. Amma sonda bizdən ödəniş tələb etdilər. Daha sonra həkimin yazdığı dərmanların hamısının sadəcə 3-5 manatlıq ağrıkəsici olduğunu öyrəndik.

Yəni, düşünün ki, sizin canınız ağrıyır və həkim sizə düzgün müalicə yazmaq əvəzinə, ağrıkəsici ilə başından edir.

Mən hələ sizə laboratoriya və resepşn işçilərinin kobudluğundan, məsuliyyətsizliyindən danışmıram. Bu kimi hallar ölkədə səhiyyənin necə aşağı səviyyədə olduğuna bizi bir daha inandırır təəsüf ki....”

 

 

Sfera.az

Selcan


OXŞAR XƏBƏRLƏR