Duz növlərinin bilinməyən faydaları

Duz növlərinin bilinməyən faydaları
Duz yalnız yeməklərə dad vermir eyni zamanda onun bir çox faydaları da mövcuddur. Əslində isə hər kəs duzun faydalarından çox zərərlərini bilir.
Yeniavaz.com xarici KİV-ə istinadən duzun faydalarını təqdim edir:

Duz suyun buxarlanması nəticəsində yaranan ağ və iysiz kristal dənəcikləridir. Bu dənəciklər kalsium, potasium, sink və mislə zəngindir. Süfrə duzu ilə müalicəvi duz bir-birindən fərqlənir. Buna görə də yeməklərə dad vermək üçün süfrə duzundan istifadə edilir. Duzun faydalarından yararlanmaq üçün isə duzun istehlak miqdarına da diqqət etmək lazımdır.

Duzun hansı faydaları var? 
- Edilən araşdırmalara görə, bədəndə duz miqdarının az olması xroniki xəstəliklərin yaranmasına gətirib çıxardır. Misal olaraq, ürək xəstəliyi və təzyiqi aşağı olan şəxs mütləq duz istehlak etməlidir;
- Tənəffüs yolu xəstəliklərində duz zərərli bakteriyaları məhv edir və bronxial problemləri aradan qaldırır;
- Diabet xəstələrinə müsbət təsir göstərir;
- Duz qan ləkəsinə qarşı  da olduqca effektivdir. Duzlu suyu qan ləkəsi olan hissəyə töksəniz tezliklə ləkənin təmizləndiyini görəcəksiz;
- Həddindən artıq tərləmə, sümük xəstəlikləri, saç tökülməsində də geniş istifadə olunur.

Dəniz duzu
Tərkibində yüksək dozada sodium var. Buna görədə su ilə təmizləndikdən sonra isteklak edilir. Sodiumun çoxluğu hormonal pozğunluğa və qan təzyiqinin artmasına səbəb olur. Bu duz növü əsasən tibbdə istifadə olunur. Dəniz duzu ilə duş qəbul etdiyiniz zaman dəri problemləri tam sağalır. Eyni zamanda da saç kökləri möhkəmlənir.

Süfrə duzu
Əsasən göl kənarlarından yığılan və sodiumu az olan duz növüdür. Belə duzlar bəzi mərhələlərdən keçərək istifadə olunur. Limon və su ilə qarışdırılıaraq boğazdakı bütün mikrobları məhv edir. Yodlu və yodsuz halda satılır.

Qaya duzu
Yerin altından çıxarılan bu duz ən iri dənəcikləri olan duzdur. Qaya duzu əsasən sümük əriməsi kimi xəstəliklərin müalicəsində istifadə olunur. Hətta, edilən tədqiqatlar nəticəsində qaya duzunun xərçəng hüceyrələrinin sayısını azaltdığı sübut olunmuşdu. Tərkibində 84 növ minerallar var.

Himalay duzu
Ən saf duz növlərindən biridir.  Minerallar baxımından zəngin olan bu duz əsasən masaj terapiyalarında istifadə olunur. Ağ, çəhrayı və açıq qəhvəyi rəngli daşlardan ibarətdir və dekorativ məqsədlə də istifadə olunur.
 
Qeyd edək ki, normadan artıq duz istehlakı, sinir sitemini və hormonları poza, böyrəklərdə daşların yaranmasına gətirib çıxarda bilər.

OXŞAR XƏBƏRLƏR

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...