Düşmən təxribatının qarşısı alındı: 7 erməni hərbçisi məhv edildi

Düşmən təxribatının qarşısı alındı:  7 erməni hərbçisi məhv edildi

Fevralın 12-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları 

qoşunların təmas xəttinin müxtəlif yerlərində mövqelərimizə basqın etməyə cəhd göstəriblər.

Sfera.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Silahlı Qüvvələrimizin bölmələrinin

 əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş

 nəticəsində işğalçılar geri çəkilməyə məcbur ediliblər. İlkin ehtimala görə, düşmən 5-7 nəfər itki verib.

Silahlı Qüvvələrimiz heç bir itki verməyib, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.


OXŞAR XƏBƏRLƏR