Düşmən TƏLAŞDA: \"Aprelin əvvəlindəkindən daha çox qüvvə cəmləşdirilib\"

Düşmən TƏLAŞDA: \

Ermənistan Müdafiə Nazirliyi növbəti dəfə Azərbaycanın təmas xəttinə çoxsaylı hərbi qüvvə və texnika cəmləşdirdiyi barədə bəyanatla çıxış edib.

Sfera.az vitualaz.org-a istinadən bildirir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyanın bildirdiyinə görə təmas xəttindəki situasiya aprelin əvvəlləri ilə müqayisə oluna bilməz. "Azərbaycan qoşunların təmas xəttinə aprelin əvvəllərində olduğundan daha çox qüvvə cəmləşdirib" - o deyib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi düşmən ölkənin bu bəyanatına şərh verməyib. Nazirlik bildirib ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində qoşunların yenidən dislokasiyasını həyata keçirməkdə sərbəstdir və bununla bağlı üçüncü tərəfə izahat verməyə borclu deyil.

Ermənistan hərbi-siyasi dairələri artıq neçənci gündür ki, Azərbaycanın təmas xəttinə çoxsaylı qüvvə cəmləşdirməsindən və Şuşanın işğalının ildönümü günü irimiqyaslı hərbi əməliyyatlara başlaya biləcəyindən bəhs edir. Lakin böyük ehtimalla bu cür informasiyaların verilməsi ictimai rəyin Ermənistan ordusunun Qarabağda itirdiyi mövqeləri geri ala bilmək üçün növbəti əks-həmləyə hazırlanmasına xidmət edir.

Yəqin ki, Ermənistan Azərbaycanın qoşunlaın təmas xəttinə çoxsaylı hərbi qüvvə cəmləşdirdiyi barədə bəyanatlar verməklə sonradan hərbi əməliyyatların yenidən başlamasına görə məsuliyyətdən yayınmaq üçün zəmin hazırlayır. Azərbaycan prezidenti İlham Əliyev Ağdam və Tərtər rayonlarına səfəri zamanı bəyan edib ki, əgər düşmən yenidən aprelin əvvəlində olduğu kimi təxribata əl atsa cavab eyni olacaq.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...