Düşmən ölkənin xüsusi xidmət orqanları dezinformasiyanın yayılması ilə məşğuldur

Düşmən ölkənin xüsusi xidmət orqanları dezinformasiyanın yayılması ilə məşğuldur
 

Bildiyiniz kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan dövlət sərhədinin Qazax-Tovuz hissəsinin Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə edərək növbəti təxribata əl atıb.

Nəticədə ordumuz erməni təxribatçılarına layiqli və proporsional cavab verib. Düşmən xeyli canlı qüvvə və döyüş texnikasını itirərək geri çəkilib.

Sfera.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı və ölkəmizin digər xəbər agentlikləri döyüş əməliyyatının gedişatı, Azərbaycan Ordusunun itkiləri barədə operativ xəbərləri çatdırırlar. 

Ermənistan rəsmiləri isə hələ də susurlar. Onlardan fərqli olaraq, Azərbaycan tərəfi yerli və beynəlxalq KİV-ə lazımi məlumatları verirlər. 

Ermənistanın müvafiq strukturları uğursuz təxribatın nəticələrini gizlətmək, ölkədə vahimənin yayılmasının qarşısını almaq üçün dezinformasiya yaymaqla məşğuldur. Onlar bu addımı Nikol Paşinyanın siyasi arenada nüfuzunun daha çox düşəcəyindən və yerli əhalinin qəzəbinə səbəb olacağından qorxaraq atırlar.

Belə ki, erməni hakimiyyəti susmaqla yanaşı, hadisələri həm öz ölkəsində, həm də dünyada öz xeyrinə yozmağa çalışır. Sosial şəbəkələrin monitorinqi düşmən ölkənin xüsusi xidmət orqanlarının informasiya sahəsində geniş şəkildə dezinformasiyanın yayılması ilə məşğul olduğunu göstərir. 

Dezinformasiyanın əhatə dairəsi əsasən, Ermənistanın öz əhalisi və Azərbaycan vətəndaşlarıdır

Ermənistan Xüsusi Xidmət Orqanları rus dilində qısa video-çarxları "YouTube” kanalında paylaşaraq, öz yalanlarını MDB ərazisində yaymaqla məşğuldur.

Bunları nəzərə alaraq, ekspertlər yerli və xarici vətəndaşları KİV-də və sosial şəbəkələrdə yayılan yalan xarakterli informasiyalara inanmamağa, rəsmi dövlət qurumlarının verdiyi məlumatları izləməyə çağırır.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu İMZALADI - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova və Yeni Kaledoniya parlamentinin sədri Rok Vamitan (Rock Wamytan) Əməkdaşlıq Memorandumu imzalayıblar.   Sfera.a...

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin FƏALİYYƏTİ DAYANDIRILIR

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.   Sfera.az xəbər verir ki, bu barədə ...

Azərbaycanlılar Türkiyədə mənzil alışını azaldıb - RƏQƏMLƏR

Bu il Türkiyədə əcnəbilər tərəfindən alınan mənzillərin sayında kəskin azalma müşahidə edilir.  Sfera.az Türkiyə Statistika Təşkilatına istinadən xəbə...

“Şimali Kiprlə münasibətlərin yaradılması yalnız türk amili ilə bağlı deyil” – Cavanşir Feyziyev

Milli Məclisin deputatı, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Cavanşir Feyziyev mediaya müsahibə verib. ...

Azərbaycanda psixoloq qiymətləri niyə bahadır? - AÇIQLAMA

Psixologiya sahəsi ölkəmizdə son illər praktiki olaraq daha geniş yayılıb. İnsanların əksəriyyəti isə psixoloq qiymətlərinin bahalığından şikayətlənir. &nbs...

13 ümumtəhsil müəssisəsinin tikintisi davam etdirilir

"İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox uşağın təhsil aldığı 2 bağça fəaliyyət göstərir".   Sfera.az xəbər verir ki, bu barədə Məktəb...