Düşənbədə MDB hökumət rəhbərlərinin Şurasının iclası keçirilir
21:43 / 30.10.2015
1100
Azərbaycanı Yaqub Eyyubov təmsil edir.Düşənbədə Müstəqil Dövlətlər Birliyinin (MDB) hökumət rəhbərlərinin Şurasının iclası başlayıb, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.Hal-hazırda iclas dar formatda keçirilir, daha sonra hökumət rəhbərlərinə heyət üzvləri qoşulacaq və iclas geniş formatda davam edəcək.MDB ölkələrinin baş nazirləri tərəfdaşlığın möhkəmləndirilməsi və inkişafı məsələlərini, eləcə də Qazaxıstanda bu yaxınlarda keçirilən Birliyin üzv ölkələrinin rəhbərlərinin İclasında qarşıya qoyulmuş tapşırıqları müzakirə edəcəklər.MDB hökumət rəhbərlərinin Şurasının iclasında Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir.