Dürdanə Əliyeva: “ Mən işimin başındayam”
18:48 / 13.02.2018
1507
Ötən günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabad Rayonuna yeni icra başçısının təyin olunması ilə bağlı sərəncam imzalayıb.
Sfera.az xəbər verir ki, sərəncama əsasən dövlət başçısının sərəncamı ilə Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Redaksiyamıza daxil olan məlumata görə, icra başçısı öz işinə yeni komanda ilə başlayacaq. İlk növbədə qadın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əliyeva Dürdanə Rafiq qızını vəzifəsindən azad ediləcəyi barəsində məlumat yayılmışdı. Bu sualı cavablandırmaq üçün əməkdaşımız Dürdanə xanımla əlaqə saxlayıb. Dürdanə xanım yayılan məlumatları təkzib edib və həqiqətə uyğun olmadığını bildirib:
" Mən hazırda öz işimin başındayam. Sadəcə bir ay dərslərdə olduğum üçün belə məlumat yayıla bilər. Amma artıq qayıtmışam və işimin başındayam”.
" Mən hazırda öz işimin başındayam. Sadəcə bir ay dərslərdə olduğum üçün belə məlumat yayıla bilər. Amma artıq qayıtmışam və işimin başındayam”.
Qeyd edək ki, N.Zeynalov bu təyinata qədər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb.
Nihat HÜSEYNZADƏ