Dünyaya DÖVLƏT imtahanı…

Dünyaya DÖVLƏT imtahanı…
 

Bizi deyirlər! Yəni Azərbaycanı! Yəni məmləkət paytaxtında reallaşacaq UEFA finalını! Finala qatılacaq futbol nəhənglərindən birinin, "Arsenal”ın erməni oyunçusuna Azərbaycan gələrsə, həyatına yaranması ehtimal edilən təhlükəni deyirlər.

Daha doğrusu bundan sonra danışmayacaqlarını deyirlər. Bundan belə SUSACAQLAR, inandıqları üçün… İnandılar ki,  "Arsenal”ın erməni oyunçusu Genrix, Bakıya gəlsə də, gəlməsə də ona dünya adamı, idmançı, olduğu üçün zərrəcə təhlükə yoxdur Bakıda, Azərbaycan və azərbaycanlılardan. Baxmayaraq, bu millətin tək düşməni işğalçı ermənilərdir, Genrixi burada yenə də təhlükə gözləmirdi. Dünya zor, ya xoşluqla, fərq etməz, əsas odur bir daha anladı ki, Azərbaycan, əhalisi babrbarlardan ibarət dövlət deyil. Azərbaycan dünyanın hər zaman gözəl, sağlam, varlı cəmiyyətlərdən ibarət olmasını, müharibəsiz, faciəsiz varlığını arzulayan az sayda dövlətlərdəndir.  

***

Yaşıdım olanlar yaxşı xatırlayar. Sovetlər dönəmində ali məktəblərə qəbul və bitirəndə dövlət imtahanları indiki qədər rahat olmazdı. Abturyentlər illərlə əziyyət çəkər komissiya qarşısında imtahan verərdi. Bəzənsə tapşırılmadan, öz zəhməti ilə "əla” qiymətə layiq olan, heç bir sualı cavabsız buraxmayan gəncləri incidərdilər. İstedadı olan həmin gəncsə məqsədinə çatmaq üçün min bir əzabla, sınmadan, ərinmədən, inadkarlıqla mübarizə aparardı. Bu çox çətin idi. Həm əsəbləri gedirdi, həm də canın,  həm də zamanın. Üstəlik nainsaf müəllim  əlinə düşdünmü, çox çək-çevir edilərdi həmin kateqoriya tələbələr. Ancaq yenə də  layiq olduğu "əla” qiymətini alanacan, özünü sübut edənəcən geri çəkilməzdi. Başına min oyun açsalar da yolunda yüeriməyə davam edərdi. Ali məktəbə girəndə qəbul, bitirəndə dövlət imtahanından beləcə min bir əzabla, haqqı olan "əla” qiymət alardı istedadlı adamlar…

***

Bu gün dünya həmin ali məktəb, Azərbaycan o istedadlı və gənc tələbədir, siyasi oyunların yaratdığı mənzərədə. Azərbaycanın istedadlı, bacarıqlı olduğunu, üstəlik insanlarının yaxşı adam olduğunu, dünyada istənsə də, istənməsə də var olduğunu, var olacağını heç cür qəbul edə bilmir bəzi qüvvələr.

Azərbaycan inaddır, tərsdir, mövqeyini son ana qədər əldən verməyəndir. O üzdən hər zaman dünyaya verdiyi DÖVLƏT imtahanlarından üzüağ çıxır. Yəni gözəlim məmləkət, UEFA-nın mayın 29-da Bakıda reallaşacaq final oyunu ətrafında qurulan "erməni oyunundan” da əla qiymətlə, üzüağ, həm də dünyanı xoş, ya da güc, fərq etməz, haqlı olduğunu göstərməklə, öz tərəfində saxlayaraq, "Azərbaycanda hər şey yaxşıdır” dedirdib, öz tərəfinə çəkmək şərti ilə QALİB çıxdı!..

Jalə Mütəllimova 


OXŞAR XƏBƏRLƏR