Dünyanın yaşamaq üçün ən yaxşı şəhəri - FOTO
11:29 / 23.02.2018
2700
Avstriyanın paytaxtı Vyana həyat səviyyəsinə əsasən dünyada yaşamaq üçün ən yaxşı şəhər seçilib.
Sfera.az bildirir ki, araşdırmanı "Mercer" şirkəti
Vyana 230 şəhər arasından seçilib.
Siyahıda ilk beşliyə Vyanadan sonra İsveçrənin Sürix, Yeni Zelandiyanın Oklend, Almaniyanın Münhen və Kanadanın Vankuver şəhəri daxil olub. Ümumilikdə, siyahıda ilk 30-luqda yer alan şəhərlərin 7-si Almaniyanın, 5-i Avstraliyanın, 4-ü Kanadanın, 3-ü İsveçrənindir.
Siyahıda son 5-liyə düşən şəhərlər isə İraqın Bağdad, Sudanın paytaxtı Hartum, Haitinin paytaxtı Port-o-Prens, Yəmənin Səna və Mərkəzi Afrika Respublikasının paytaxtı Banqi şəhəri var.
Seçim zamanı şəhərlərdəki siyasi sabitlik, təhlükəsizlik, bank xidmətləri, mətbuatın vəziyyəti, insan haqlarının vəziyyəti, səhiyyə xidməti, təhsil səviyyəsi, nəqliyyat, əyləncə mərkəzləri, daşınmaz əmlak bazarı, iqlim və təbii fəlakətlər kimi bir çox faktorlar nəzərə alınıb.