Dünyanın yaşamaq üçün ən rahat şəhərləri açıqlanıb
Bu barədə "Numbeo" xidməti məlumat verib.
Reytinqin liderləri Kanberra (Avstraliya), Eyndhoven (Hollandiya) və Roli (ABŞ) olub. Manila, Pekin, Dəkkə, Laqos və Karacas isə reytinqin ən aşağısında qərarlaşıb.
Maraqlıdır ki, dünyanın aparıcı ölkələrinin paytaxtları əsasən siyahının ikinci yarısında qərarlaşıb. Məsələn, Berlin 84-cü, Nyu-York 140-cı, London və Paris isə müvafiq olaraq, 163 və 164-cü yerləri tutub.
Bakı yaşamaq üçün ən rahat şəhərlər siyahısında 197-ci yerdə qərarlaşıb, İstanbul 183-cü sıradadır. Rusiya şəhərləri arasında ən yaxşı göstərici Nijni Novqorodda olub - 109-cu yer. Sankt-Peterburq 182-ci, Moskva isə 191-ci yerdə qərar tutub.
Həyat keyfiyyəti indeksi üzrə reytinq 8 göstərici nəzərə alınmaqla tərtib edilib: alıcılıq qabiliyyəti indeksi, əhalinin gəlirlərinə nisbətən daşınmaz əmlakın dəyəri, təhlükəsizlik indeksi, səhiyyə, yaşayış xərcləri, nəqliyyatın hərəkət vaxtı indeksi, havanın çirklənməsi və iqlim.