Dünyanın gözlədiyi matç türkə tapşırıldı

Dünyanın gözlədiyi matç türkə tapşırıldı
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək "Yuventus” – "Real Madrid” oyununun hakimləri bəlli olub.

Bütün dünyanın böyük maraqla gözlədiyi matçı türkiyəli referi Cüneyd Çakır idarə edəcək.

Onun köməkçiləri isə Bahattin Duran və Tariq Ongün olacaq.

Qeyd edək ki, sözügedən matç aprelin 3-ü, saat 22:45-də başlayacaq.
 
 axar.az

OXŞAR XƏBƏRLƏR