Dünyanın ən xoşbəxt ölkəsi hansıdır? – BMT AÇIQLADI
16:56 / 14.03.2018
2260
BMT-nin bugünkü məruzəsində dünyanın ən xoşbəxt ölkələrinin siyahısı açıqlanıb.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, "The World Happiness Report” məruzəsində dünyanın 156 ölkəsindəki vəziyyət qiymətləndirilib.
Ən xoşbəxt ölkənin Finlandiya olduğu açıqlanıb. İlk onluqda yer alan ölkələr sırasında Danimarka, İslandiya, İsveçrə, Niderland, Kanada, Yeni Zelandiya, İsveç və Avstraliya var.
Qeyd edək ki, Finlandiya ilk dəfə olaraq bu siyahıya liderlik edib. Ötən il isə Norveç bu siyahıda birinci olub.