Dünyanın ən varlı və dəli boksçusu: İldə 285 milyon qazanır

Dünyanın ən varlı və dəli boksçusu: İldə 285 milyon qazanır
O dünyanın ən zəngin idmançısıdır. Söhbət ABŞ boksçusu  Floyd Mayweatherdən gedir.
 
Sfera.az ABŞ-lı boksçunun lüks həyatından seçmələri təqdim edir. 
 
İl ərzində 285 milyon dollar qazanan boksçu bu qazancı ilə  Ronaldo və Messini geridə qoyur. Boksçu bu pulları necə xərcləyir? Bu sual onu sevənləri çox düşündürür. Hamı onu dünyanın ən dəlisov idmançısı kimi tanıyır. Sərvəti 1 milyard dolları keçən boksçu geyim və avtomobil azarkeşidir. O təkcə alt paltarına il ərzində 1 milyon dollar xərcləyir.
 
Boksçunun 100-dən artıq son model avtomobili var.  Maşınlarının içində 1.7 milyon dolarlıq Bugatti Veyron və 4.8 milyon dolarlıq Koenigsegg CCXR Trevita də var.
 
Boksçunun avtomobil parkının dəyəri 50 milyon dollardır. Qızıl həvəskarı olan idmançının 7 milyon dollarlıq zinət əşyaları var. Məşq üçün hər gün səhər 3-də qalxan idmançı gün ərzində minimum 100000 min dollar xərclədiyini etiraf edib. 
 
”Mən bir dəfə geyindiyim geyimi, ikinci dəfə geyinmirəm. Paltarlarımı başqalarına hədiyyə edirəm. Mən çox əliaçıq insanam ”-deyən idmançı qarşısına sıxdığı istənilən adama bəxsiş verdiyini də etiraf edir.









OXŞAR XƏBƏRLƏR